Azərbaycanın yük aviadaşıyıcısı Çinə uçuşların sayını artırır
Azərbaycanın yük aviadaşıyıcısı “Silk Way West Airlines” Çinə uçuşların sayını artırır.
“Silk Way West Airlines” aviaşirkətinin mətbuat xidmətindən “Marja”ya daxil olmuş məlumata görə, Bakı-Çjençjou reyslərinin sayı həftədə dörd dəfədən altı dəfəyə kimi artırılacaq.
Müvafiq razılıq sentyabrın əvvəlində Çjençjouda keçirilən “ICAO Cargo Conference” konfransında əldə edilmişdir. Keçirilən tədbirdə aviaşirkət Çin bazarında öz strateji inkişaf planını elan etmişdir.
"Biz böyük məmnuniyyətlə Bakı və Çjençjou arasında aviareyslərin tezliyinin həftədə 4 dəfədən 6 dəfəyədək artırıldığını böyük məmnuniyyətlə bildiririk. Beləliklə, biz Xenan əyalətinin höküməti və Çjençjou hava limanı ilə strateji əməkdaşlığımızın yeni mərhələsinə qədəm qoyuruq. Biz bu əməkdaşlığın daha da möhkəmlənməsinə şadıq və göstəricilərin daha da artmasını planlaşdırırıq", “Silk Way West Airlines”in prezidenti və icraçı direktoru Volfqanq Meyer bildirmişdir.
Xenan hökümətinin yüksək vəzifəli nümayəndələri ilə görüşdə gələcəkdə iki yük habı arasında reyslərin tezliyini xeyli artırmağa imkan verəcək strateji əməkdaşlığın daha da möhkəmləndirilməsinə dair razılaşma əldə olunmuşdur.
“Qısa müddət ərzində biz Çjençjouda aparıcı yük aviadaşıyıcılarından biri olmağa nail ola bildik. Biz aviadaşımaların həcminin və reyslərin sayının bundan sonra da artırılmasına çalışırıq. Böyük İpək Yoluna xidmət üçün əsas imkanlarımız nəzərə alınmaqla Çjençjou bizə inkişaf üçün ideal platforma təqdim edir”, Volfqanq Meyer bildirmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
11 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
12 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
12 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
13 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 13 saat əvvəl
-
13 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)





