100 min nəfəri işə götürəcək
ABŞ-ın karqo və nəqliyyat nəhəngi UPS, noyabr ayında başlayacaq tətil dövrü üçün 100 min nəfəri işə götürəcəyini açıqlayıb. Dünyada 454 min nəfərin işlədiyi və 65.8 milyard dollar gəliri olan UPS, yeni işə qəbullarla 554 min nəfərlik bir şirkət olacaq.
Qlobal karqo şirkəti "United Parcel Service" (UPS) təxminən 100 min nəfəri işə götürəcəyini açıqlayıb. ABŞ şirkətinin müvəqqəti olaraq işlə təmin edəcəyi 100 min nəfər yaxınlaşan istirahət mövsümünə hazırlıq olaraq planlaşdırılır.
"Marja" xəbər verir ki, ABŞ-da noyabr ayında başlayan tətil mövsümündə əvvəl Minnətdarlıq Günü qeyd olunacaq, sonra pərakəndə sektorunun ən böyük endirim kampaniyası olan "Black Friday" yəni "Qara Cümə", sonra da Milad Bayramı və yeni il tətili başlayacaqdır.
Keçən il 65.8 milyard dollar dövriyyəsi olan UPS, 2017-ci ilin eyni dövründə 95 min nəfəri işə götürmüşdü. Bu il 5.3 faiz artımla 100 min əlavə işə qəbul həyata keçiriləcək. 2017-ci ilin sonunda açıqlanan hesabatına görə, bütün dünyada 454 min nəfərin işlədiyi UPS, beləliklə, 554 min nəfərlik bir şirkət olacaq.
UPS-in rəqiblərindən olan FedEX də ötən günlərdə eyni səbəbdən 55 min nəfəri işə götürəcəyini bildirmişdi. ABŞ-ın pərakəndə nəhəngi "Target" isə 1830 mağazasında çalışmaq üçün 120 min nəfəri işlə təmin edəcəyini açıqlayıb. Şirkət 1 saat üçün 12 dollar maaş ödəyəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
29 d. əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
45 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
49 d. əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
2 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























