Azərbaycan neftini daşıyacaq boru layihəsinin ofisinə "Molotov kokteyli" hücumu

Trans-Adriatik Qaz Boru Kəməri (TAP) layihəsinin İtaliyanın Melendunyo şəhərində yerləşən ofisin ərazisinə basqın olub.
İtaliya mətbuatı xəbər verir ki, naməlum şəxslər fevralın 13-ü gecə vaxtı ofisin ərazisinə iki ədəd "Molotov kokteyli" atıb: onlardan biri partlayıb, digəri isə alışıb, lakin partlayış baş verməyib. Hadisə şahidlərinin sözlərinə görə, "Molotov kokteyli" əraziyə küçədən atılıb.
Bildirilir ki, partlayış nəticəsində texniki tikililərdən birinin divarı yararsız hala düşüb.
Hazırda polis faktla bağlı araşdırma aparır. Hüquq-mühafizə orqanları artıq videomüşahidə kameralarının görüntülərini incələyir.
"TAP İtalia" şirkətinin meneceri Mişel Elia bildirib ki, baş verənləri kəskin pisləyib və günahkarların qanun çərçivəsində cəzalandırılmasını tələb edib. O əlavə edib ki, şirkətin kollektivi artıq iş başındadır.
Şəhərin meri Marko Poti də vandalizm aktını kəskin qınayıb: "Artıq hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır və mən ümid edirəm ki, bu hadisənin arxasında duranlar cəzasını çəkəcəklər".
Qeyd edək ki, bu TAP-ın ofisinə ilk basqın deyil. İlk basqın 2015-ci ilin mart ayında baş verib. Həmin vaxt şirkət bir müddət bəzi işləri dayandırmaq məcburiyyətində qalıb.
Maraqlıdır ki, İtaliya mətbuatı bu vandalizm aktının işıqlandırılması zamanı müxalifətin TAP layihəsinin əleyhinə olmasını xüsusilə qabardır. Belə ki, ölkə müxalifəti qeyd edir ki, Azərbaycan qazını Avropaya çatdıracaq TAP layihəsinin İtaliya üçün heç bir əhəmiyyəti yoxdur.
TAP layihəsi Avropa Birliyinin enerji təhlükəsizliyi və enerji mənbələrinin diversifikasiyasına görə strateji məqsədlərində əsas rolu oynayır. Təbii qazın Azərbaycandan Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu TAP təşkil edir. TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan arasında "Hökumətlərarası Saziş" 2013-cü ilin fevral ayında imzalanıb. Borunun uzunluğu 878 km təşkil edir. Onun fəaliyyətə başlama tarixi kimi 2020-ci ilin yanvar ayı göstərilir.
TAP-ın ilkin illik daşıma qabiliyyəti 10 mlrd. kubmetrdir (illik 20 mlrd. kubmetrədək artırıla bilər).
Layihə üzrə hazırkı pay bölgüsü: "Cənub Qaz Dəhlizi" QSC - 20%, BP - 20%, "Snam S.p.A." - 20%, "Fluxys" - 19%, "Enagás" - 16%, "Axpo" - 5%
Müştərilərin xəbərləri

"PAŞA Holding"in təşkil etdiyi növbəti “INMerge” İnnovasiya Sammitinə "Netflix" in həmtəsisçisi Mark Randolf gəlir!
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 gün sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 14 saat əvvəl
-
- 15 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Abşeron dairəvi dəmir yolu üzrə qatarların yeni hərəkət cədvəli açıqlandı
-
2 gün əvvəl
8 ayda mobil operatorlar 826 milyon manat gəlir əldə ediblər
-
2 gün əvvəl
Mələk investorların diqqətinə - ABŞ-dan ekspertlər gəlir, təcrübələrini bölüşəcəklər
-
2 gün əvvəl
"Su təchizatına yatırılan hər 1 dollar dövlətə 2 dollar həcmində vergi formasında geri qayıdır"
-
2 gün əvvəl
Mərkəzi Bank "Mercedes-Benz"in Azərbaycandakı distributoruna lisenziya verib
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Sentyabrın 14-də gözlənilən hava şəraiti

Azərbaycan neftinin son qiyməti

Mələk investorların diqqətinə - ABŞ-dan ekspertlər gəlir, təcrübələrini bölüşəcəklər

"Su təchizatına yatırılan hər 1 dollar dövlətə 2 dollar həcmində vergi formasında geri qayıdır"

“Mələk İnvestorlar Məktəbi” Bakıda yeni formatda təşkil olunacaq

Azərbaycada 280 min nəfər işsiz əhali var

Azərbaycanda sement, armatur, beton və əhəng istehsalı azalıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Dövlət 3 bankda 450 milyon manat depozit yerləşdirdi
.webp)
TuranBank 15 milyon dollarlıq saziş imzalayıb
