Dərmların ölkəmizə gətirilməsi qaydaları sadələşdiriləcək
Nazirlər Kabinetində dərman vasitələrinin qeydiyyata alınması, ölkəyə gətirilməsi və gömrük məntəqələrində rəsmiləşdirilməsi qaydalarının sadələşdirilməsi məsələləri ilə bağlı iclas keçirilib.
"Marja" xəbər verir ki, Baş nazirin müavini Əli Əhmədovun sədrlik etdiyi iclasda müvafiq dövlət qurumlarının rəhbərləri və nümayəndələri müzakirələr aparıblar.
İclasda Əli Əhmədov bildirib ki, Azərbaycanın dərman bazarının bol çeşidli preparatlarla zənginləşməsi, ölkə vətəndaşlarının keyfiyyətli dərmanlarla təmin olunması, dərman vasitələrinin keyfiyyətinə nəzarətin gücləndirilməsi məqsədilə aidiyyəti qurumlar bir sıra yeni təkliflərlə çıxış ediblər.
“Ölkəyə idxal olunan dərman vasitələrinin ilk olaraq qeydiyyatı və gömrük rəsmiləşdirilməsi şərtləri sadələşdirilməlidir”, - deyən Baş nazirin müavini bunun üçün dünya təcrübəsinin öyrənilməsinin və tətbiqinin vacib olduğunu vurğulayıb.
Əli Əhmədov Azərbaycanda hər növdən olan dərman vasitələrinin əlçatanlığının səhiyyəmizin inkişafına təkan verəcəyini qeyd edib.
“Hesab edirəm ki, dərman bazarında əlçatanlıq təmin olunmalıdır. Digər tərəfdən, dərman preparatlarının idxalı əsasən Dünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi dərmanlara istinad edilməsi meyarlarına əsaslanmalı, bütün idxal proseduru ciddi şəkildə sadələşdirilməlidir. Bunun üçün də Dövlət Gömrük Komitəsi dünya təcrübəsinə əsaslanaraq yeni təkliflərlə çıxış etməlidir. Eyni zamanda, dərmanların keyfiyyətinə nəzarət Səhiyyə Nazirliyi tərəfindən gücləndirilməlidir. Lazım gəlsə, normativ hüquqi aktlarda dəyişiklik edilə bilər. Əminəm ki, bu təkliflərin əsasında qanunvericilikdə edilən dəyişikliklər vətəndaşlarımızın həm rahatlığına, həm də sağlamlıqlarının qorunmasına xidmət edəcək”, - deyə Əli Əhmədov vurğulayıb.
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, səhiyyə naziri Oqtay Şirəliyev və digər aidiyyəti qurumların rəhbərləri bu sahədə dünya təcrübəsindən yararlanaraq tez bir zamanda yeni təkliflərlə çıxış edəcəklərini bildiriblər.
İclasda dərman vasitələrinin qeydiyyata alınması, ölkəyə gətirilməsi və gömrük məntəqələrində rəsmiləşdirilməsi qaydalarının qısa vaxt ərzində əsaslı şəkildə sadələşdirilməsi barədə tapşırıq verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
-
10 d. əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 43 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
1 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 1 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
-
2 saat əvvəl
Unibank şəhid və qazi övladları üçün Şirvanda bayram tədbiri keçirib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)






