Fed sədri açıqlamalar verdi - "SÜRPRİZLƏR OLA BİLƏR"
ABŞ Mərkəzi Bankının (Fed) sədri Jerome Powell, Fed-in Sentyabr ay pul siyasəti toplantısının ardından açıqlamalar verdi.
"Marja" xəbər verir ki, ABŞ iqtisadiyyatının güclü olduğunu və inkişafın sağlam bir cığırda irəlilədiyini bildirən Fed sədri, eyni zamanda, yaxşı göstəricilərin hər şeyin mükəmməl olduğu mənasına gəlmədiyini ifadə edib.
Pul siyasətində normallaşmanın faydalı olacağını deyən Pauell, mərhələli faiz artımlarının iqtisadiyyatda davamlılığı təmin etdiyini vurğulayıb.
Ümumiyyətlə, iqtisadi artım mənzərəsinin müsbət olduğuna diqqət çəkən Pauell, "Maliyyə sisteminin bu gün daha güclü olduğuna inamım tamdır",- deyib.
Pauell, Federal Açıq Bazar Komitəsinin (FOMC) inflyasiyanın 2 faiz səviyyəsinə yaxın qalmasını gözlədiyini bildirib və iqtisadi mənzərəyə dair risklərin balanslı olduğunu qeyd edib. Buna qarşı Fed sədri, inflyasiyanın "müxtəlif səbəblərlə" 2%-dən yuxarı qalxa və ya aşağı düşə biləcəyini bildirərək "iqtisadiyyatda sürprizlərin ola biləcəyini" söyləyib.
ABŞ Prezidenti Donald Trampın Fed ilə bağlı açıqlamalarına toxunan Pauell, "Qərarlarımızda siyasi faktorları nəzərə almırıq",- deyib. Fed sədri, mövcud faiz dərəcələrinin iqtisadiyyatının gücünü göstərdiyini deyib.
İstehlakçı və investisiya xərclərinin gözləniləndən sürətlə artdığını qeyd edən Pauell, "Əmək bazarının güclü olmasını gözləyirik", - deyib.
Fed sədriJerome Pauell, faiz artırmağın sürətinə işarə edərək, "Çox yavaş hərəkət etsək, iqtisadiyyat həddindən artıq isinə bilər",- deyib.
Pauell, ABŞ ilə Çin arasındakı "ticarət müharibəsilə" bağlı olaraq "Şirkətlərdən getdikcə artan narahatlıqlar eşidirik",- deyib.
Pauell, daha mühafizəkar bir dünyanın həm ABŞ, həm də digər iqtisadiyyatlar üçün pis olduğunu deyib.
Pauell, neft qiymətlərinin inflyasiya üzərindəki təsirini müvəqqəti gördüklərini ifadə edib.
İqtisadiyyatın zəifləməsi halında faizləri aşağı salacaqlarını deyən Pauell, "2020-ci ildəki şərtlərin necə olacağını bilmək çətindir",- deyib.
Xəbər verdiyimiz kimi bu gün Fed, faizi 25 bənd artıraraq 1.75% -2.00% aralığından 2.00%- 2.25% səviyyəsinə qaldırıb.
Fed-in açıqlamasına görə, Fed rəsmiləri 2018-ci ildə daha bir dəfə də faiz artırılacağını gözləyirlər. Artıq Fed bu il 3 dəfə faiz artırb.
Fed 2019-cu ildə 3 dəfə faiz artırmağı nəzərdə tutur.
Fed 2019-cu ilin sonunda faizin yuxarı həddinin 3,1%-ə, 2020-ci ilin sonunda isə 3,4%-ə çatacağını gözləyir.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
45 d. əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
-
49 d. əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
52 d. əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 53 d. əvvəl
- 55 d. əvvəl
- 57 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib
Azərbaycanda qızıl və mis istehsalçısının ixracı 4 dəfədən çox artıb
Bakı–Tbilisi–Qars dəmir yolu modernləşdirilmədən sonra istifadəyə verildi, qatar yola düşdü

























