BVF: Maliyyə böhranın təsirləri 10 il sonra davam edir
Beynəlxalq Valyuta Fondu (BVF), 10 il keçməsinə baxmayaraq, 2008 maliyyə böhranının təsirlərinin bir çox sahədə hələ də davam etdiyini bildirib.
"Marja" xəbər verir ki, BVF, 8-12 Oktyabr arasında İndoneziyada keçiriləcək "BVF-Dünya Bankının İllik Toplantıları" ərəfəsində "Dünyanın İqtisadi Mənzərəsi" hesabatının analitik hissələrini yayıb.
"2008 Maliyyə Böhranından 10 İl Sonra Qlobal İqtisadiyyar" başlıqlı bölmdə, Amerikanın maliyyə nəhəngi "Lehman Brothers"ın iflası ilə başlayan böhranın təsirlərinin bu günə qədər davam etdiyi qeyd edilib. Bölmədə, orta hesabla dövlət borcunun ümuni daxili məhsula (ÜDM) nisbətinin böhrandan sonra 36%-dən 52%-ə artdığı vurğulanıb.
Bundan başqa, xüsusilə inkişaf etmiş ölkələrdə mərkəzi bankların balanslarının qiymətli kağız alışı proqramları səbəbiylə 3-4 dəfə artdığına işarə edilən hesabatda deyilr: "2007-2008 illəri arasında 18-i inkişaf etmiş olmaqla 24 ölkə bank böhranları yaşayıb. Bu qrupun 85%-ində ümumi daxili məhsul, 2008 böhranından 10 il sonra hələ də 2009-un əvvələinə nisbətən daha aşağıdır.
2007-2008 illəri arasında bank böhranı yaşamayan iqtisadiyyatların da 60%-də ümumi daxili məhsul, maliyyə böhranından əvvələ nisbətən daha aşağıdır".
Kapital yığımı və investisiyaların da böhranın təsirlərindən hələ də xilas olmadığına işarə edilən hesabatda, 2008 maliyyə böhranının doğum nisbətləri və miqrasiya kimi sahələrə də təsir göstərdiyi vurğulanıb. Hesabata görə, böhrandan sonra inkişaf etmiş ölkələrdə doğum nisbətləri və miqrant girişi azalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
5 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)




