"Nar"ın "Full" paketlərindən istifadə edən abunəçilərin sayı 40 faiz artıb
(®) "Nar"ın təqdim etdiyi "Full" paketlərinin istifadəçilərinin sayı sürətlə artmaqdadır. Sərfəli qiymətə ölkədaxili və şəbəkədaxili dəqiqələr, bol internet və çoxsaylı bonusların daxil olduğu "Full" paketlərindən istifadə edən abunəçilərin sayı son 6 ay ərzində 40 faiz artıb.
Abunəçilərin istək və tələblərini hər zaman nəzərə alan "Nar" 6 müxtəlif "Full" paketi təqdim edir. Qeyd edək bu təkliflər arasında abunəçilərin ən çox sifariş etdiyi paket - içərisində 300 ölkədaxili dəqiqə və 1.5 GB internet olan "Full 9" paketidir.
"Full" paketlərini sifariş edən "Nar" abunəçilərinə internet və dəqiqələri sərfəli qiymətə əldə etməklə yanaşı, ay ərzində topladıqları bonusları növbəti aylara keçirə bilmək imkanı verilir. Bundan əlavə, Azərbaycan mobil rabitə bazarında ilk dəfə olaraq "Full" paketlərinin istifadəçiləri qalıq bonusların dəyişdirilməsi funksiyasından – "Exchange" xidmətindən yararlana bilirlər. Belə ki, "Nar" abunəçiləri dəqiqələri meqabaytlara və ya əksinə, meqabaytları dəqiqələrə dəyişə bilmək imkanına sahibdirlər.
"Full" paketləri haqqında ətraflı məlumatı www.nar.az/full internet səhifəsindən öyrənmək olar.
"Azerfon" şirkəti ("Nar" ticarət nişanı) 2007-ci il martın 21-də fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar" ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar" ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar" şəbəkəsi hazırda ölkə ərazisinin 93 faizini əhatə edir və 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
42 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
4 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq

























