"Keşişin azad edilməsi üçün Türkiyə ilə heç bir razılaşma əldə olunmayıb"
ABŞ prezidenti Donald Tramp oktyabrın 13-də Ağ evin Oval kabinetində ötən gün Türkiyə məhkəməsi tərəfindən azad olunan amerikalı keşiş Endryu Bransonla görüşəcək.
Amerika lideri bunu öz "Twitter" səhifəsində yazıb.
O həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana etdiyi köməkliyə görə təşəkkürünü bildirib:
"Türkiyənin azad etdiyi keşiş Bransonla Oval kabinetdə mənimlə görüşəcək. Onu görmək və söhbət etmək çox xoş olacaq. O, belə çətin təcrübə keçmiş möhtəşəm bir xristiandır. Prezident Ərdoğana göstərdiyi köməkliyə görə təşəkkür etmək istəyirəm".
Tramp əlavə edib ki, ABŞ Türkiyə hakimiyyəti ilə Bransonun azad olunması müqabilində hər hansı bir razılaşma əldə etməyib.
"Keşiş Endryu Bransonun azad edilməsi və geri qaytarılması barədə Türkiyə ilə heç bir razılaşma olmayıb", - deyə o bildirib.
Türkiyədə casusluqda ittiham olunan ABŞ vətəndaşı keşiş Endryu Branson oktyanrın 12-də azadlığa buraxılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
2 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)















