Kapital Bank, Azərbaycanda "SWIFT gpi" sisteminə qoşulan ilk bank oldu
Kapital Bank müştəri məmnuniyyətinin artırılması və göstərilən xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması üçün daha bir yenilik təqdim edib. Bank həm Azərbaycanda, həm də Cənub Qafqaz regionunda ilk dəfə olaraq SWIFT gpi xidmətinə qoşulub.
Kapital Bank-dan "Marja"ya daxil olmuş məlumata görə, SWIFT gpi ölkələrarası ödənişlərin sürətini, şəffaflığını və köçürmə zamanı mərhələlərin izlənməsini artırmaqla, xaricə olan ödənişlərdə müştərilərə daha yaxşı xidmət göstərmək üçün yaradılan məhsuldur. Hazırda dünya üzrə 280 bank bu məhsuldan istifadə edir.
SWIFT gpi xidmətinin bir sıra üstünlükləri vardır: ölkələrarası köçürmələri sistem üzərindən izləmək, köçürmə zəncirində prosesləri daha da sürətləndirmək imkanı, vaxta qənaət, köçürmə zəncirində ödəniş prosesinə sərf olunan vaxt və xidmət haqqının tam şəffaf göstərilməsi, böyük vəsaitlərin köçürülməsi zamanı pulun dövriyyəsinin proqnozlaşdırılması və likvidliyin idarə olunmasının optimallaşdırılması baxımından hesabatıqlığın daha tez hazırlanması.
Qeyd edək ki, SWIFT İstifadəçilər Qrupunun rəhbəri, Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini, Baş İnformasiya İnzibatçısı Nahid Zeynalov, katibi isə Kapital Bank-ın Maliyyə İnstitutları şöbəsinin Beynəlxalq Əlaqələr üzrə meneceri Xəyalə Məmmədovadır.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
28 d. əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
-
30 d. əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 42 d. əvvəl
-
1 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
1 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
1 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
Rəsmi məzənnələr açıqlandı
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
























