Neft hasil edən ölkələrin milli valyutalarını nə gözləyir?
Hər bir ölkənin milli valyutasının durumu onun iqtisadiyyatının mövcud vəziyyətindən və ixrac imkanlarının səviyyəsindən bilavasitə asılıdır. Yola saldığımız 2016-cı ilin ikinci yarısından başlayaraq dünya bazarlarında neftin qiymətlərinin müəyyən bir həddə sabitləşməsi baş verdi və bir barell üçün 50 dollar ətrafında dəyişən bu qiymətlər, ötən ilin dekabr ayından bu günə qədər artaraq, bir barell üçün artıq 55 dollar ətrafında dəyişməyə başladı. Bura OPEK-in net hasilatını azaltmaqla bağlı son qərarının da müəyən təsirini əlavə etmək olar.
Qiymətlərin bu şəkildə artıb sabitləşməsi, neft hasil edən ölkələrin daha çox valyuta gəlirləri əldə etməsi deməkdir. Neftin qiymətlərinin bundan sonra necə dəyişəcəyinə heç bir təminat olmasa da reallıq bundan ibarətdir ki, artıq 8 aya yaxındır onun qiymətlərində baş verən prosseslər pozitivdir. Bu məsələ ilə bağlı hadisələrin sonrakı inkişafı Amerika Birləşmiş Ştatlarının yeni admnistirasiyasının aparacağı iqtisadi siyasətdən çox asılı olacaqdır. Bəlli siyasi motivlərlə ABŞ neftin qiymətlərinin artımına qarşı çıxmasa, qiymətlərin bundan sonra da sabit qalması və bir qədər də artması gözləniləndir.
Beynəlxalq maliyyə institutları cari ildə və ondan sonrakı illər ərzində dünya iqtisadiyyatında pozitiv meyllərin baş verəcəyini proqnozlaşdırırlar. Dünya iqtisadi müstəvisində baş verəcək bu meyllər neft hasil edən ölkələrdə də iqtisadiyyatın normal inkişafını şərtləndirəcək. Belə olduğu halda, bu ölkələrdə milli valyutaların məzənnəsi möhkəmlənərək müəyyən bir səviyyədə sabit qala biləcəkdir.
Fikrət Yusifov, iqtisadçı
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
20 d. əvvəl
Aşağı büdcəli aviaşirkət Daşkənddən Bakı və Gəncəyə uçuşlara başlayıb
-
- 23 d. əvvəl
-
32 d. əvvəl
İlham Əliyev “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib
-
35 d. əvvəl
ABŞ Dövlət katibinin iqtisadi məsələləri üzrə köməkçisi Azərbaycanda səfərdədir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
Mülki Aviasiya İşçilərinə ÖZƏL KREDİT TƏKLİFİ
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Neft 2 faizdən çox bahalaşıb
Ən çox oxunanlar
Qlobal bazarlar Trampın qərarını gözləyir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 12 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir




















.jpg)





