Son məhsulu satıb evlərinə qayıtmaq istəyirlər- YARMARKADA BAL UCUZLAŞDI
“Artıq arıçılıq məhsullarının sərgi-satış yarmarkasına çıxarılmış 120 ton balın böyük hissəsi satılıb”.
Bu açıqlamanı jurnalistlərə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov verib.
Onun sözlərinə görə, yarmarkaya ümumilikdə 120 ton bal çıxarılıb və bu günə qədər anbarlardan yarmarkaya 107 ton bal verilib:
“Hazırda anbarlarda cəmi 13 ton bal qalıb və bazar gününə kimi həmin balın da satışa çıxarılacağını gözləyirik. Anbardakı bal arıçıların sifarişi əsasında onlara verilir. Yarmarkanın ilk günündə satış üçün anbardan arıçılara 30 ton bal verilmişdi, indi isə bu rəqəm 107 tona çatıb. Aradakı fərqi və gündəlik satış həcmini nəzərə alsaq, iki həftə ərzində sərgi-satış yarmarkasında 70 tona yaxın balın satıldığını söyləyə bilərik. Təbii ki, bu rəqəmlər nisbidir və dəqiq satış həcmi yarmarkanın yekununda məlum olacaq”.
Vüqar Hüseynov bildirib ki, vətəndaşlar arasında yarmarkaya maraq böyükdür və bu satışın həcminə müsbət təsir göstərir:
“Apardığımız reklam kampaniyası paytaxt sakinlərində yarmarkaya marağı artırıb. Reklam işini əsasən sosial şəbəkələr üzərindən təşkil edirik, bundan başqa metro stansiyalarında, ASAN Xidmət Mərkəzlərində yarmarkanın keçirildiyi yer və tarixin əks olunduğu reklam tabloları yerləşdirilib. Medianın yarmarkanın işinin müntəzəm işıqlandırması da vətəndaşların tədbirə marağının artmasında böyük rol oynayıb və həmkarlarımıza ümumi işimizə verdiyi dəstəyə görə təşəkkür edirik. Artıq bazar günü yarmarka başa çatacaq və vətəndaşları arıçılıq məhsullarını almaq üçün ildə bir dəfə yaranan bu fürsətdən yararlanmağa çağırırıq”.
KTN rəsmisi bildirib ki, 5-28 oktyabr tarixlərində keçirilən yarmarkada qiymətlər sərbəstdir:
“Nazirlik heç bir kənd təsərrüfatı məhsulunun qiymətinin müəyyənləşməsində iştirak etmir. Arıçılara da bildirmişik ki, satdıqları bala qiymət qoymaqda sərbəstdirlər. Liberal iqtisadiyyatdır, kim öz məhsulunu neçəyə istəsə təklif edə bilər. Bu baxımdan yarmarkanın ilk günlərində balın orta qiyməti 25 manat olaraq formalaşmışdı, amma son günlər qiymətlərdə ucuzlaşma müşahidə olunur. Artıq yarmarkada 20, hətta 15 manata da bal almaq mümkündür. Qiymətlərin ucuzlaşması balın keyfiyyəti ilə bağlı məsələ deyil. Birincisi, arıçı qiyməti müəyyən edərkən alıcılıq qabiliyyətini nəzərə almalıdır. İlk günlər bunu nəzərə alanlar daha çox miqdarda bal sata biliblər. İkincisi, bəzi arıçılar artıq yarmarkaya gətirdikləri məhsulun 80 faizini satıblar, o səbəbdən qiyməti aşağı salaraq son məhsulu da satıb, evlərinə qayıtmaq istəyirlər. Buna görə vətəndaşlar balın qiymətinin ucuzlaşmasından narahat olmasınlar, bu, keyfiyyətlə bağlı deyil, sırf yarmarkanın başa çatmaq üzrə olması ilə əlaqədar məsələdir”.
Vüqar Hüseynov bu il keçirilən yarmarkada iki mühüm nəticəyə nail olduqlarını bildirib: “Müxtəlif nəticələr var, yarmarkanın təşkili və gedişatı ilə bağlı məsələlər tədbir başa çatdıqdan sonra daha geniş təhlil olunacaq. Amma iki nəticə dəqiqdir, iki məsələdə real nəticəyə nail ola bilmişik. Birincisi, satışa keyfiyyəti aşağı olan bal nümunələrinin çıxarılmasının qarşısı qəti şəkildə alınıb, vətəndaşlar yarmarkada yalnız və yalnız xalis, təmiz baklın satıldığına əmin ola bilərlər. İkincisi, əvvəlki illərdə keçirilən yarmarkalarda ən böyük problemlərdən biri tədbir keçirilən ərazinin yaxınlığında, küçələrdə, səki üzərində, metro girişlərində saxta bal alverçilərinin vətəndaşlara ucuz qiymətə keyfiyyətsiz məhsul təqdim etməsi idi. Bu il biz bu problemin həllinə nail ola bildik. Saxta bal alverçilərinin vətəndaşları aldatmasının qarşısını almaqda Daxili İşlər Nazirliyinin böyük rolu olub və bu prosesdə bizimlə birgə iştirak edən polis əməkdaşlarına xüsusi təşəkkürümüzü bildiririk”.
KTN rəsmisi bu il yarmarkanın Azərbaycan Arıçılar Assosiasiyası ilə əmkdaşlıq formatında keçirildiyini xatırladıb: “Yarmarkanın uğurlu təşkilində verdiyimiz bu qərarın da böyük rolu olub. Əsl arıçılar hər bir məsələdə bizdən köməklərini əsirgəməyiblər. Hesab edirik ki, növbəti illərdə Azərbaycan Arıçılar Assosiasiyası ilə əməkdaşlığı daha da genişləndirməyə ehtiyac var”.
Müştərilərin xəbərləri
Azərbaycan pambıq sektorunda tarixi ilk: "Prime Cotton" USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 5 gün sonra
-
4 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Zelenski Ukrayna üçün sülh planının bütün 20 bəndini açıqlayıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ermənistana Rusiya taxılı daşıyan növbəti qatar Böyük Kəsiyə çatıb
-
2 saat əvvəl
Könüllü sığorta bazarı 13 %-dən çox, icbari sığorta bazarı 7 % böyüyüb
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Əhali etiraz etdi, "Dino Park" qiymətləri aşağı saldı
Dekabrın 25-də gözlənilən hava şəraiti
Ermənistana Rusiya taxılı daşıyan növbəti qatar Böyük Kəsiyə çatıb
Ən çox oxunanlar
Ağdamda 2-ci yaşayış kompleksinin açılışı oldu
Putin Əliyevə zəng edib
Türkiyəyə gələn xarici turistlərin sayı 50 milyonu keçib
Azərbaycanın sığorta bazarı 12 %-ə yaxın böyüyüb
Azərbaycan pambıq sektorunda tarixi ilk: "Prime Cotton" USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu
Azot gübrəsi ixracında böyük artım
BYD Tesla-nı geridə qoydu




















