"Azər Türk Bank" üçüncü rübü mənfəətlə başa vurub
Azər Türk Bankın 30 sentyabr 2018-ci il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 10%-dək artaraq 316,8 milyon manat, kredit portfelinin həcmi 40 faiz yüksələrək 163,4 milyon manat təşkil etmişdir.
Bankdan "Marja"ya daxil olmuş məlumata görə, eyni dövrlə müqayisədə Bankın gəlirləri 20 faizə yaxın artaraq 20,4 milyon səviyyəsində olmuşdur.
Üçüncü rübün sonuna Bank 119,9 min manat həcmində xalis mənfəət əldə etmişdir.
Məcmu kapitalın həcmi 52,4 milyon manat olmuşdur. Qeyd edək ki, Bankın məcmu kapitalının adekvatlıq əmsalı 26,2%, təşkil edir ki, bu da müəyyən edilmiş normadan təqribən üç dəfəyə yaxın çoxdur.
Bank 144 milyon manat həcmində depozit cəlb etmişdir ki, bunun da 55,1 milyon manatı əhalinin əmanətləridir.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə Bankın müştərilərinin sayı iki dəfədən çox artaraq 42 086 nəfərə çatmışdır.
1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
3 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
























