Krediti indi al, olanda ödə!
(®) Krediti indi alırsınız, imkanınız olanda ödəyirsiniz. Unibankın Kənd təsərrüfatı işçiləri günü münasibəti ilə başladığı bu kampaniya, kənd təsərrüfatı ilə məşğul olan şəxslərin biznesinə böyük dəstək məqsədi daşıyır. Kampaniya çərçivəsində kreditlər güzəşt müddəti ilə, daha aşağı faizlə və 0% komissiya ilə veriləcək.
Fermer götürdüyü kreditin əsas məbləğini verilən güzəşt müddəti ərzində - öz məhsulunu satandan sonra ödəmək imkanı qazanacaq. Unibankdan dekabrın 30-dək kənd təsərrüfatı məqsədli mikro kredit götürənlər bu kampaniyanın üstünlüklərindən faydalana biləcəklər.
“İndi al, olanda ödə” kampaniyası fermerlərə bir çox üstünlüklər verir:
- illik 5%-dən başlayan kredit;
- 9 ayadək güzəşt müddəti;
- komissiya 0%;
- 3 ayın faizləri hədiyyə.
Kampaniya 12 ay və daha artıq müddətə götürülən kreditlərə şamil olunur. Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlar Unibank filiallarına müraciət edərək, sərfəli mikro kreditlər əldə edə bilərlər.
Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə hər kəsin xidmətindədir. Unibankın filialları həftənin 5 günü nahar fasiləsi olmadan, səhər saat 09:00-dan axşam 17:00-dək fəaliyyət göstərir. Həmçinin, bankın paytaxt və bölgələrdə yerləşən bu filiaları şənbə günləri də saat 10:00-dan 14:00-dək müştərilərə xidmət edir:
Abşeron filiallarından: 15 saylı filial (S.Vurğun bağı yaxınlığında); 14 saylı filial (Beş mərtəbə); 13 saylı filial (“İnşaatçılar”); 9 saylı filial (ASAN 1 Kommunal); “Gənclik” filialı; “Nərimanov” filialı; “Əcəmi”; “Neftçilər”; 10 saylı filialı (“Əhmədli”); 17 saylı (“Sahil”); 19 saylı filial (“Bakıxanov”); “Mərdəkan”; “Xırdalan”; “Sumqayıt”.
Region filiallarından: “Gəncə”; “Kəpəz”; “Şəmkir”; “Tovuz”; “Bərdə”; “Mingəçevir”; “Quba”; “Şəki”.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 6 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub























