ABŞ, İrana yeni embarqonun siyahısını yaydı

ABŞ-ın Xəzinə Nazirliyi, İran sanksiyalarının ikinci paketi çərçivəsində embarqo tətbiq ediləcək 700-dən çox qurum və şəxslərin adlarını yayıb.
"Marja" xəbər verir ki, Xəzinə Nazirliyinin saytında dərc olunan siyahıda, 300-dən artıq İran vətəndaşı, enerji nəqliyyat sektorlarında fəaliyyət göstərən 100-dən çox qurum və 200-dən çox gəmi, 50-si İran bankı olmaqla 70 maliyyə qurumu, İran Hava Yolları və 67 təyyarə da yer alır.
ONLAYN SİFARİŞ ET, KREDİTİ 3% ENDİRİMLƏ AL!
Sanksiya tətbiq ediləcək banklar arasında İran İxrac İnkişaf Bankı, Bank Melli, Arian Bank, Future Bank, Ghavamin Bank, Bank Sepah, Sənaye və Mədən Bankı, Post Bank, Bank Tejarat, Ayendah Bank, Europaisch-Iranische Handelsbank AG və Day Bankın adları var. ABŞ, bu bankların ölkə daxilində və xaricindəki törmə qurumlarını da sanksiyanın dairəsinə daxil edib.
İran Milli Neft Şirkətinin də əlavə olunduğu siyahıda, şirkətin İran xaricində fəaliyyət göstərən payı olan şirkətlərə də sanksiya tətbiq edilib.
İran İslam Respublikasının Gəmiçilik Şirkəti (IRISL), İran Milli Tanker Şirkəti (NITC) və nəzarət etdikləri 211 gəmi və əlaqəli olduqları 65 fiziki və hüquqi şəxsə də embarqo tətbiq olunacağı bildirilib. Valfair, Hafez Darya Arya, Safiran Payam Darya adlı nəqliyyat şirkətləri də, bu şirkətlərdə IRISL və NITC-nin payları olduğu səbəbindən sanksiya siyahısına daxil ediliblər.
ABŞ rəhbərliyinin sanksiya siyahısına əlavə etdiyi bütün şəxs, qurum, gəmi və təyyarələrin siyahısına "https://www.treasury.gov/resource-center/sanctions/OFAC-Enforcement/Pages/20181105_names.aspx" linkindən baxa bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 saat əvvəl
Hacıqabul Quşçuluq Şirkətində Anım Günü ilə əlaqədar tədbir keçirilib
-
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 15 saat əvvəl
-
22 saat əvvəl
"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub
-
22 saat əvvəl
Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb
- 22 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Sentyabrın 28-də gözlənilən hava şəraiti

AzMDF-in anbarında baş vermiş yanğın məhdudlaşdırılıb

Azərbaycan BOKT-nun adı dəyişdirilib

Azərbaycanda Anım Günüdür

"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub
Ən çox oxunanlar

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib

Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyində nöqsanlar aşkarlanıb

IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir
