Beynəlxalq birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ
Beynəlxalq valyuta birjalarında aparıcı valyutaların dollara nisbətən qiymətlərində aktivlik azalsa da, lirənin qiymətində bahalaşma davam edir.
Beynəlxalq valyuta birjalarında cümə axşamı açıqlanacaq Amerika Mərkəzi Bankının (FED) faiz qərarı öncəsi zəif dalğalanma müşahidə edilməkdədir. Belə ki, avronun qiyməti 1.14$, funtun qiyməti isə 1.30$-a ticarət edilir.
Lakin Türkiyə maliyyə bazarlarında lirənin qiymətində bahalaşma davam etməkdədir. Artıq 5.30TL-yə təklif edilən USD/TRYməzənnəsi 5.35TL-nin altında qaldıqca, 5.18TL-yə kimi də ucuzlaşa bilər.
Bazar ertəsi Türkiyənin statistika idarəsinin açıqladığı rəsmi məlumatlarda da lirədə son günlər davam edən bahalaşmanın, inflyasiyanın aylıq müqayisədə azalmasına təsir edib. İllik müqayisədə isə son 15 ilin maksimum səviyyəsinə çatsa da burada da artım dinamikası zəifləyib. Məlumatlarda göstərilir ki, istehlak qiymətləri oktyabr ayında aylıq müqayisədə 2.7%, illik müqayisədə isə 25.2% olub. Sözügedən göstəricilər sentyabr ayında müvafiq olaraq 6.3% və 24.5% olmuşdur.
Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 13:00-da və 19:00-da müvafiq olaraq açıqlanacaq Avrozonanın xidmət sektoru və ABŞ-ın əmək bazarı ilə bağlı önəmli fundamental məlumatlar da volatilliyin artmasına təsir edə bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)
.jpg)







.jpg)






