Pambıq tədarükü 201 min tonu ötüb
Noyabrın 6-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 201 min 212 ton məhsul təhvil verilib.
Dövlət Statistika Komitəsindən bildiriblər ki, ötən ilin eyni dövrü ilə müqayisədə 20,7 faiz və ya 34 min 490 ton çox pambıq tədarük olunub.
Ümumilikdə, 2018-ci ildə Azərbaycanın 22 bölgəsində 132 min 512 hektar pambıq əkilib və 260 min ton məhsul götürülməsi proqnozlaşdırılır.
YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!
Pambıq tədarükündə irəlidə olan rayonlara Saatlı (15 min 815 hektardan 26 min 663 ton), Bərdə (9 min 630 hektardan 21 min 517 ton), Ağcabədi (10 min hektardan 20 min 906 ton), Biləsuvar (12 min hektardan 18 min 988 ton) və Beyləqan (9 min 560 hektardan 18 min 793 ton) daxildir. Məhsul yığımı davam edir.
Qeyd edək ki, dövlət tərəfindən pambıqçılığa göstərilən dəstək məhsul istehsalının artırılmasında mühüm rol oynayır. Belə ki, pambığın kiloqramının 65 qəpiyə qaldırılması, hər kiloqramına 10 qəpik subsidiya verilməsi, güzəştli şərtlərlə texnika və yanacaqla təminat, alış qiymətinin hər tona görə 50 manat artırılması istehsalı stimullaşdıran tədbirlərdəndir.
Respublikada pambıq tədarükünə dair noyabrın 6-na olan operativ məlumatı təqdim edirik
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 2 d. əvvəl
-
- 14 d. əvvəl
-
15 d. əvvəl
ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixracı kəskin azalıb
- 48 d. əvvəl
-
1 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
1 saat əvvəl
Mərkəzi Bankın aktivləri azalıb, mənfəəti isə 724 milyon manatı keçib
-
1 saat əvvəl
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
- 1 saat əvvəl
- 9 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
“Monetri BOKT”un xalis mənfəəti 35% artıb
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 10 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub





















