İnvestorlar ABŞ-dakı seçkinin nəticəsini gözləyir - GÜNƏ BAXIŞ
Dünya bazarlarında böyük maraqla gözlənilən ABŞ-da parlament seçkisinin yekun nəticəsinin açıqlanması, investorların riskə meyillərini daha da artıra bilər.
Beynəlxalq valyuta birjalarında bu gün açıqlanacaq Amerikada parlament seçkisinin rəsmi nəticəsi öncəsi dolların aparıcı valyutalara nisbətən qiymətləri 1% ucuzlaşıb.
Belə ki, avronun qiyməti 1.15$, funtun qiyməti isə 1.31$-a ticarət edilir. Əlvan metallar bazarlarında isə qızılın bir unsiya üzrə qiyməti 1229$-a təklif edilir.
Yekun seçki nəticələrinin açıqlanmasından sonra dünya birjalarında aktivliyin daha da artması gözlənilir. Bununla yanaşı, sabah Bakı vaxtı ilə saat 23:00-da dərc ediləcək Amerika Mərkəzi Bankının (FED) faiz qərarı da investorların diqqət mərkəzindədir.
Qeyd etmək lazımdır ki, maliyyə bazarlarında ən çox gözlənilər senari Senatda respublikaçıların üstünlüyü əldə saxlamaları və demokratik aşağı palatadır. Bu baş verərsə, iqtisadi impulsların azalması ilə inkişafın dayanıqlığı zəifləyə bilər. Bazar bundan hal-hazırda çox narahatdır. ABŞ ilə Çin arasında çətinləşən ticarət münasibətləri də yumşala bilər.
2-ci senari: Demokratlardan ibarət Senat və demokratik aşağı palata. ABŞ prezidenti Donald Trampın siyasi mövqeyi zəifləyəcək. Bu, infrastruktur tədbirlərində inkişaf risklərini artıracaq və beləliklə, iqtisadi qeyri-müəyyənlik artmaqla, investisiyaların da yenidən azalması müşahidə edilə bilər.
Daha az gözlənilər 3-cü senari: Respublikaçılardan ibarət Senat və respublikaçı aşağı palata. Bu vəziyyət bazarlarda risk iştahını qısa müddətliyinə yüksəldə bilər. ABŞ hökümətinin sərt xarici siyasəti və FED-in sərt monetar siyasəti yenidən diqqət mərkəzində olacaq.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)






.jpg)





