Breksit sazişi diqqət mərkəzində - GÜNƏ BAXIŞ
İngiltərənin Avropa Birliyindən ayrılması sazişinin İngiltərə höküməti tərəfindən təsdiqlənməsi maliyyə bazarlarında müsbət qiymətləndirilib.
Beynəlxalq valyuta birjalarında Breksit sazişinin İngiltərə hökümətində razılaşdırılmasından sonra Avropa Birliyi tərəfindən də təsdiqlənməsi üçün təqdimatı avro və funtun 1%-ə kimi bahalaşmalarınsa səbəb olub. Lakin bununla yanaşı Avrozona və İngiltərədə siyasi və iqtisadi risklər yüksək olaraq qalır. Breksti sazişi Avropa Parlamentində təsdiq edildikdən sonra İngiltərə parlamentindən də keçməlidir.
Bakı vaxtı ilə saat 3:00-da çıxış edən Amerika Mərkəzi Bank (FED) sədri Jerom Povel isə ABŞ iqtisadiyyatına dair suallara müsbət cavab verib: "ABŞ iqtisadiyyatı inkişaf edir və daha sürətlə inkişaf edəcəkdir".
Bütün bunlar son günlər dolların aparıcı valyutalara nisbətən qiymətlərində müşahidə edilən ucuzlaşmanın yenidən bahalaşma ilə əvəz edilə biləcəyinə işarədir. Avrozona və İngiltərə iqtisadiyyatı ilə bağlı göstəricilər getdikcə zəif açıqlandığı bir şəraitdə ABŞ iqtisadiyyatına dair müsbət siqnallar gəlməkdə davam edir.
Bu baxımından bu gün Bakı vaxtı ilə saat 17:30-da yayımlanacaq Amerika iqtisadiyyatı ilə bağlı önəmli fundamental məlumatlar da investorlar tərəfindən böyük maraqla gözlənilir.
Qızılda bahalaşma
Siyasi risklər və ABŞ-da inflyasiyanın artması əlvan metallar bazarlarında da qızıl qiymətinin dəyər qazanmasına səbəb olub. Belə ki, qızılın bir unsiya üzrə qiyməti 1210$-a kimi 1% bahalaşıb və 1216$-ı da yuxarı istiqamətdə qırarsa, 1225$-a kimi də dəyər qazana bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)






.jpg)








