"Səudiyyə Ərəbistanı neft qiymətlərinin aşağı salınması müraciətimə müsbət qarşılıq verdi"
ABŞ Prezidenti Donald Tramp, Səudiyyə Ərəbistanının neft qiymətlərinin aşağı salınması istəyinə müsbət cavab verdiyini bildirib.
"Marja" xəbər verir ki, Tramp yazılı açıqlamasında "ABŞ-dan sonra Səudiyyə Ərəbistanı ən çox neft ixrac edən ölkədir. Bizimlə yaxın bir şəkildə çalışdılar və neft qiymətlərinin aşağı salınması müraciətimə müsbət qarşılıq verdilər, bu dünya üçün vacib idi", - bildirib.
Dünən axşam ABŞ Prezidentinin açıqlamasından sonra neft qiymətləri kəskin düşüb. Qiymətlər 2017-ci ildən bu yana ən aşağı səviyyələrə enib.
Qərbi Texas nefti (WTI) 7% ucuzlaşaraq barelinin qiyməti 52,83 dollar, Brent nefti barelinin qiyməti isə 6% azalma ilə 61.76 dollar səviyyəsini görüb. Sonradan qiymətlər cüzi yüksəlib.
YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!
Qeyd edək ki, 3 Oktyabrda Brent neftinin qiyməti 86 dolları keçmişdi. Həmin tarixdən bəri Brent nefti 29% ucuzlaşıb.
Neft qiymətləri, ABŞ Prezidenti Donald Trampın İranla olan nüvə sazişini dayandırmasının ardından son illərin ən yüksək səviyyələrinə yaxınlaşmışdı. Ancaq Trampın rəhbərlik etdiyi hökumətin bu ayın əvvəlində səkkiz ölkənin İrandan neft almasına möhlət verməsindən sonra neft qiymətləri düşməyə başladı.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 15 saat əvvəl
-
- 15 saat əvvəl
-
16 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























