Azərbaycanda dövlət zəmanətinin verilməsinə nəzarət artırılır
Azərbaycanda “Dövlət borcu haqqında” qanuna dəyişiklik edilməsi və "Dövlət büdcəsi haqqında" qanunda dövlət zəmanətinin yuxarı hədlərinin (milli valyuta ilə) müəyyən edilməsi nəzərdə tutulub.
Bu barədə müvafiq qanun layihəsindən məlum olur.
Sənədə əsasən, hər il üçün büdcə qanununda dövlət borcunun digər göstəriciləri (dövlət borcunun yuxarı hədləri, borcun ümumi daxili məhsula nisbəti, borcun mal və xidmətlərin ixracının həcminə nisbəti, borca xidmət xərclərinin büdcə xərclərinə nisbəti və s.) ilə yanaşı il ərzində veriləcək dövlət zəmanərinin məbləğinin də yuxarı hədləri müəyyən ediləcək.
Laiyhəyə görə, dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun təyinatında, formalaşma mənbələrində, vəsaitlərindən istifadə qaydasında da dəyişiklik edilir. Təminat Fondu dövlət borcuna xidmət xərclərinin müvafiq büdcə ili üçün dövlət büdcəsində nəzərdə tutulandan artıq olan hissəsinin və dövlət zəmanəti üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün nəzərdə tutulur.
Qanun layihəsi dövlət borcunun götürülməsinə və dövlət zəmanətinin verilməsinə nəzarəti artırır, dövlət borcuna xidmət üçün vəsaitlərin mənbələrinin artırır və son nəticədə dövlət borcuna daha operativ və keyfiyyətli xidmət göstərilməsinə imkan yaradır.
Qanunun gələn il yanvarın 1-dən qüvvəyə minəcəyi gözlənilir.
ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET
© Report
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 16 saat əvvəl
-
- 16 saat əvvəl
-
18 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























