Azərbaycana Körfəz ölkələrindən gələnlərin sayında böyük artım
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2018-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana dünyanın 194 ölkəsindən 2 milyon 420,4 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.
Gələnlərin 31,1 faizi Rusiya Federasiyası, 20,2 faizi Gürcüstan, 10,1 faizi Türkiyə, 8,9 faizi İran, 3,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,8 faizi Səudiyyə Ərəbistanı, 2,6 faizi İraq, 2,0 faizi Ukrayna, 1,6 faizi İsrail, 17,4 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur. Gələnlərin 65,5 faizini kişilər, 34,5 faizini isə qadınlar təşkil etmişdir. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 7,7 faizi yanvar, 6,9 faizi fevral, 11,4 faizi mart, 9,0 faizi aprel, 8,6 faizi may, 11,1 faizi iyun, 13,6 faizi iyul, 13,3 faizi avqust, 9,6 faizi sentyabr, 8,8 faizi isə oktyabr ayında ölkəyə gəlmişdir.
Cari ilin yanvar-oktyabr aylarında Körfəz ölkələrindən (Birləşmiş Ərəb Əmirlikləri və İran istisna olunmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilmişdir. Ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə ölkəmizə gələn Bəhreyn və Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2,2 dəfə, Küveyt vətəndaşlarının sayı 2,0 dəfə, Qətər vətəndaşlarının sayı 1,6 dəfə, İraq vətəndaşlarının sayı 13,7 faiz, Oman vətəndaşlarının sayı 6,3 faiz artmışdır. İrandan gələnlərin sayında 33,0 faiz, Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayında isə 6,7 faiz azalma müşahidə edilmişdir. Ümumilikdə Körfəz ölkələrindən 492,9 min nəfər gəlmiş və ölkəmizə gələnlərin demək olar ki, hər beş nəfərindən biri bu ölkələrin vətəndaşları olmuşdur.
2018-ci ilin yanvar-oktyabr aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 8,3 faiz artaraq 99,4 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 4,1 faiz artaraq 891,0 min nəfər olmuşdur.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 56,5 faizi dəmir yolu və avtomobil, 42,5 faizi hava, 1,0 faizi isə su nəqliyyatından istifadə etmişdir.
2018-ci ilin yanvar-oktyabr aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,2 faiz artaraq 4 milyon 14,6 min nəfər olmuşdur. Ölkə vətəndaşlarının 32,2 faizi İrana, 29,6 faizi Gürcüstana, 19,1 faizi Rusiya Federasiyasına, 12,9 faizi Türkiyəyə, 1,5 faizi Ukraynaya, 0,9 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,8 faizi isə digər ölkələrə səfər etmişdir. Səfər edənlərin 65,6 faizi kişilər, 34,4 faizi isə qadınlar olmuşdur.
Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 61,4 faiz, Gürcüstana gedənlərin sayı 2,7 faiz artmış, Rusiya Federasiyasına gedənlərin sayı 1,0 faiz, Türkiyəyə gedənlərin sayı 0,3 faiz azalmışdır.
Cari ilin yanvar-oktyabr aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 80,8 faizi dəmir yolu və avtomobil, 18,4 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə etmişdir.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
11 d. əvvəl
Bu il "PAŞA Kapital"ın 3 illik yeni strateji inkişaf planı hazırlanacaq
-
-
20 d. əvvəl
“Qiymətləndiricinin vəzifəsi tərəfləri deyil, bazarı təmsil etməkdir”
- 35 d. əvvəl
-
43 d. əvvəl
Dünya üzrə bitki yağı qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
-
58 d. əvvəl
"ABB Invest"dən bir ilk: Yeni "InvestTube" investisiya maarifləndirmə platforması təqdim olundu!
-
1 saat əvvəl
Vergi borclarının endirimlə ödənilməsi imkanını təklif edən internet resursu barədə xəbərdarlıq
-
1 saat əvvəl
Prezident Bakıda 35 mərtəbəli binanın açılışında iştirak edib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Future Lab və Bir ekosistemində yeni rəhbər təyinatları həyata keçirilib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
Vergi borclarının endirimlə ödənilməsi imkanını təklif edən internet resursu barədə xəbərdarlıq
Prezident Bakıda 35 mərtəbəli binanın açılışında iştirak edib
Ən çox oxunanlar
İnvestisiya şirkətlərinin dövriyyələri açıqlandı
Tibb İşçiləri üçün 3%-dək endirimlə kredit - Expressbank
“Naxçıvan Enerji” 303 min dollarlıq ixrac həyata keçirib
“SOCAR CAPE” 430 min dollarlıq ixracla reytinqə daxil olub
“AZƏRENERJİ”nin ixracı 72%-dən çox artıb






















.jpg)


