Deputat: “Tədbirlər görməlidir ki, növbəti devalvasiyalar yaranmasın”
“Dünya bazarında neftin qiymətinin düşməsi Azərbaycana müəyyən problemlər yarada bilər”.
Bunu deputat Əli Məsimli Milli Məclisdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycan iqtisadiyyatı neftdən asılı olduğundan neftin qiymətinin düşməsi gələcəkdə davam edərsə, bu ölkə iqtisadiyyatına öz təsirini göstərəcək.
“Ona görə də hökumət bununla bağlı proflaktik tədbrilər görməlidir. İndiyədək büdcə hazırlanarkən ölkənin maliyə dayanıqlılığı hər zaman hesablanardı, ancaq 2019-cu ilin büdcəsi hazırlanarkən biz bunun şahidi olmadıq. Maliyyə Nazirliyi reallığı nəzərə alaraq optimal büdcə hazırladığının şahidi olmadıq. Bilmək istərdim ki, Maliyyə Nazirliyi növbəti ildə neftin qiymətlərinin ucuzlaşacağı zaman fors-major situasiyalar yaranacağı təqdirdə maliyyə dayanqalılığını təmin etmək üçün hansısa işlər görübmü və ya planları varmı? Ona görə də yaranmış durumla bağlı tədbirlər görülməlidir”- deputat bildirib.
Manatın növbəti ildə dollara nisbətdə 1.7 manat səviyyədə götürülməsindən narahatlığını ifadə edən Ə.Məsimli deyib ki, bu da təhlükəlidir.
“Çünki neftin ucuzlaşması manata öz təzyiqini göstərəcək. Bundan əlavə olaraq qonşu ölkələrin milli valyutalarının ucuzlaşmasının da manata müəyyən təzyqiləri olacaq. Ona görə də yaxın illərdə manata olan təzyiqlərin qarşısını almaq üçün tədbirlər görməlidir ki, növbəti devalvasiyalar yaranmasın”- Ə.Məsimli qeyd edib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Banker
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 7 saat əvvəl
-
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz






















