2 dəqiqəyə ölkədaxili pul köçürmələri
(®) Kapital Bank-ın Xəzri təcili pul köçürmə sistemi ilə ölkə daxilində 1000 AZN-dək pul köçürmə əməliyyatlarının MilliÖn ödəniş terminallarında aparılması mümkündür. Müştərilər ölkə daxili göndərilən pul vəsaitini günün istənilən saatında 600-dən artıq Kapital Bank bankomatlarından və ya sistemin çoxsaylı tərəfdaş bankının filiallarından komissiyasız nağdlaşdıra bilərlər.
Köçürmələrə görə 0,8% (min. 1 AZN) komissiya haqqı tutulur. Cəmi 2 dəqiqə ərzində MilliÖn ödəniş terminallarının “pul köçürmələri” bölməsinə daxil olub əməliyyatı tamamlamaq olar. Bunun üçün göndərən şəxsin öz şəxsiyyət vəsiqəsinin nömrəsini bilməsi zəruridir.
Həmçinin ölkə daxilində 1000 manatadək pul köçürmə əməliyyatını www.xazri.az saytı vasitəsilə etmək mümkündür. Saytda göndərilən və alınan köçürmələrin statusu barədə də məlumat əldə etmək olar.
Qeyd edək ki, Xəzri hazırda Azərbaycan bazarının ən böyük pul köçürmə sistemidir. Sistem Azərbaycanda Kapital Bank, Atabank, Expressbank, AFB Bank, Nikoil Bank, Günay Bank və NBC Bank üzrə ümumilikdə 200-dən artıq filialı və şöbələrdə müştərilərin xidmətindədir. 2018-ci ilin 3-cü rübü üzrə sistem vasitəsilə 300 000-ə yaxın, ümumi məbləği 160 mln. manatadək köçürmə əməliyyatı aparılıb.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 98 filialı və 11 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz






















