"Banklar bizə rəqib kimi baxıb kredit vermir"
Azərbaycan bankları razı olarlarsa, mikromaliyyə təşkilatları onlardan sərfəli faizlərlə vəsait götürməyə hazırdırlar. Bu barədə Azərbaycan Mikromaliyyəşmə Assosiasiyasının (AMFA) icraçı direktoru Jalə Hacıyeva bildirib.
Onun sözlərinə görə, hazırda banklarda böyük məbləğdə - 5 milyard manat likvidlik var və banklar bu vəsaitləri kredit bazarında etibarlı yerləşdirə bilmirlər. Halbuki, ölkənin mikromaliyələşmə təşkilatları krelit vermək üçün xaricdən vəsaitlər cəlb etməli olurlar: “Bu vəsaitlər (yəni xaricdən cəlb olunanlar) həm bahadır (yəni yüksək faizlə verilir), həm də onlar xarici valyutada verildiyi üçün biz həmin vəsaitlərin hedcinqinə də (valyuta məzənnəsinin sabitlənməsi) vəsait xərcləyirik. Nəticədə xaricdən alınan vəsaitlər bizə yüksək faiz dərəcəsi ilə başa gəlir. Banklardan isə bu vəsaitləri nisbətən aşağı faizlərlə almaq olar”.
Xatırladaq ki, hazırda əllərindəki pulları kredit kimi yerləşdirməyə çətinlik çəkən banklar vəsaitlərini Mərkəzi Bankın notlarına, Maliyyə Nazirliyinin istiqrazlarına yatırır, eləcə də Mərkəzi Bankın təşkil etdiyi depozit hərraclarında iştirak etməklə depozitə saxlayırlar.
Bir qayda olaraq bu əməliyyatların gəlirliliyi illik 7,6-8% ətrafındadır. Ənənəvi kreditlərdən xeyli aşağı faiz olsa da, banklar bu əməliyyatlara böyük maraq göstərirlər – bir qayda olaraq belə hərrəclarla tələbat təklifi 3-4 dəfə üstələyir.
Mikromaliyələşmə təşkilatları isə banklara daha yaxşı şərtlər təklif edirlər: “Biz onlardan vəsaiti 9-10, hətta 11%-lə götürməyç hazırıq. Razı olarlarsa bu şərt mikromaliyyəçilər üçün də sərfəlidir”-deyə J.Hacıyeva bildirib.
Hərçənd, onun sözlərinə görə, hələlik banklar bu sahəyə maraq göstərmir, bir qədər əvvəl Assosiasiya bir neçə bankla bu mövzuda danışıqlar aparsa da nəticəsi olmayıb. İcraçı direktor bunu “bankların mikromaliyəçilərə potensial rəqib kimi baxması” ilə izah edir.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© FED
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























