Yeni Audi e-tron GT-nin dizaynı dünyanı heyran etdi! FOTO-VİDEO
(®) Üçüncü Audi e-tron: Dörd-üzüklü brend, Audi e-tron GT modelini Los Anjelesdə keçirilən Auto Show-da təntənə ilə nümayiş etdirdi.
Dörd qapı və dörd oturacaq ilə təchiz olunan kupe Audi e-tron GT sizə və sərnişinlərə maksimal komfort hissi bəxş edəcək. Sükan arxasına əyləşən kimi, yüksək keyfiyyətini dərhal hiss etdirən bu avtomobil gündəlik həyat üçün mükəmməldir. Naviqasiya və məlumat sistemlərini özündə birləşdirən “touch” ekranın görünüşü alıcının istəyi ilə dəyişə bilər. İdman üslublu oturacaqlar isə yüksək sürət ilə avtomobili idarə etdiyiniz zaman sizin və sərnişinlərin təhlükəsizliyini təmin edir.
590 at gücü! Bəli, bu elektrik avtomobil üçün realdır! Sinxron çalışan iki mühərrik avtomobildə ayrı – ayrı quraşdırılıb. Üstəlik orjinal quattro sistemi də bu avtomobildə mövcuddur. 0-100 km/s - cəmi 3.5 saniyəyə sürətlənən elektrik avtomobil qarşınızdadır!
Audi e-tron GT modelinin akkumulyatorunu bir neçə yolla yükləmək olar. Cəmi 20 dəqiqəyə akkumulyatoru 80 faizə kimi yükləmək olar və 80 faiz ilə 320 km kimi məsafəni fəth etmək mümkündur.
Ümid edirik ki, yaxın gələcəkdə Azərbaycanda da elektrik avtomobillərin sayı artacaq. Və e-tron GT modelini də yollarda görmək və hətta idarə etmək hər birimizə nəsib olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
-
12 d. əvvəl
Asiya bankı Bakı metrosu ilə bağlı 180 milyon dollarlıq krediti təsdiqlədi
- 53 d. əvvəl
-
57 d. əvvəl
Dövlət Vergi Xidmətinin baş idarə rəisi vəzifəsindən azad edilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Fransanın iri bankı da qızılın qiymətinin 6 min dollara çatacağını nəzərdə tutur
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın pivə şirkətinin Gürcüstana ixracında böyük artım
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Dövlət Vergi Xidmətinin baş idarə rəisi vəzifəsindən azad edilib
Dollların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"CFI Financial İnvestisiya Şirkəti"ndə yeni təyinat
ABŞ-ın vitse-prezidenti Azərbaycana səfərə yola düşüb
Azərbaycanın pivə şirkətinin Gürcüstana ixracında böyük artım
Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edilib
Əhaliyə və biznesə kredit verən "Finca Azərbaycan" özü illik 15%-lə 4 milyon manat borc aldı
Azərbaycan, Gürcüstan, Özbəkistan və Türkmənistan Orta Dəhliz üzrə əməkdaşlığı genişləndirməkdə maraqlıdırlar


























