“Elmed”in cərrahı barəsində cinayət işi başlanılıb
Bakıda tanınmış həkim barəsində cinayət işi başlanılıb.
Məlumata görə, “Elmed” Tibb Mərkəzinin cərrahı Məhəmməd Neciyevə qarşı Cinayət Məcəlləsinin (CM) 314.2-ci (səhlənkarlıq, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
O, “Elmed” Tibb Mərkəzində əməliyyat zamanı dünyasını dəyişmiş Himayil Əliyevin ölümündə səhlənkarlıq etməkdə günahlandırılır.
Artıq M.Neciyevin cinayət işinin ibtidai istintaqı başa çatıb və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Vüqar Məmmədovun icraatına verilib.
Məhkəmənin vaxtı yaxın günlərdə açıqlanacaq.
Qeyd edək ki, “Elmed” Tibb Mərkəzində ölüm hadisəsi bu il oktyabr ayında baş verib. 1963-cü il təvəllüdlü Əliyev Himayil Əli oğlu oktyabrın 4-də səhər saat 11 radələrində "öd daşı və kəskin kalkulyoz" diaqnozu ilə “Elmed” Tibb Mərkəzinə daxil olub və əməliyyata götürülüb.
H.Əliyev əməliyyatdan sonra həmin gün axşam saat 21 radələrində dünyasını dəyişib.
YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
7 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 7 saat əvvəl
-
9 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























