Neft qiymətləri kəskin düşdü - YENİLƏNİB
Səudiyyə Ərəbistanının Energetika naziri Xalid əl-Falih hasilatın azaldılmasını gözləniləndən daha az təklif edib.
"Marja" xəbər verir ki, bundan sonra neft qiymətləri 5%-dən çox düşüb. Brent neftin barrel qiyməti 5,1% düşərək 58.50 dolları, Qərbi Texas neftinin (WTI) qiyməti də 5% düşərək 50.42 dolları görüb (Bakı vaxtı ilə saat 14:46-ya olan məlumat).
Xalid əl-Falih jurnalistlərə verdiyi açıqlamada, hasilatın azaldılmasının gündəlik 1 milyon barel olmasının yetərli olacağını deyib. Bazar azaltmanın 1,3 milyon barel olacağını gözləyirdi.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Əl-Falih "Hələ bir razılaşma yoxdur, Rusiya hələ də variantları qiymətləndirir. Müqavilə olsa da olmasa da nəticələrinə hazırıq. Bütün ölkələr yükü bərabər şəkildə paylaşmalıdır. Neftin qiymət səviyyəsilə bağlı ABŞ ilə görüşməmişik", -ifadələrini istifadə edib.
Treyderlər, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və aralarında Rusiyanın da olduğu tərəfdaşlarının, Səudiyyə Ərəbistanının hasilatın gündəlik 1 milyon barreldən çox azaldılması fikrindən geri addım atmasının ardından, yekun razılığa gəlib-gəlməyəcəklərini gözləyirlər.
Ötən həftənin sonu, Rusiya Prezidenti Vladimir Putinin və Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi Məhəmməd ibn Salmanın neft bazarını idarə etməyə yönəlmiş müqaviləni (hasilatın azaldılması müqaviləsi) 2019-cu ilədək uzatmağa razı olduqları bildirilmişdi. Bu xəbərdən sonra neft qiymətləri bir qədər yüksəlmişdi.
Qeyd edək ki, bu gün OPEC-ə üzv və üzv olmayan ölkələr hasilatın azaldılmasını müzakirə edəcəklər. Ətraflı oxu: Gözlər həlledici neft toplantısında - BU GÜN QƏRAR VERİLƏCƏK
Analitiklər bildirirlər ki, əgər hasilatın azaldılması gündəlik 1.3 milyon bareldən aşağı olarsa, OPEC-in hasilatı bu ilin ən aşağı səviyyəsinin üzərində qalacaq və bu da təklif bolluğunun aradan qaldıracağı gözləntilərinin azalmasına səbəb olacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 6 d. əvvəl
-
- 22 d. əvvəl
- 22 d. əvvəl
- 25 d. əvvəl
- 44 d. əvvəl
- 57 d. əvvəl
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı - SON MƏBLƏĞ
-
1 saat əvvəl
SOCAR data mərkəzləri və süni intellekt sahələrinə investisiya yatırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Ən çox oxunanlar
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
“PAŞA Sığorta” mənfəəti ilə bazar liderliyini qoruqmaqdadır





















