Kanadanın Baş nazirindən Huawei hadisəsinə dair açıqlama
Kanadanın Baş naziri Justin Trudeau, hökumətinin Huawei-nin maliyyə direktoru Mıng Vancou-nun həbs olunmasında rolu olmadığını bildirərək, "Biz müstəqil məhkəmə ölkəsiyik və əlaqədar şəxslər bu proseslə bağlı qərarları heç bir siyasi müdaxilə olmadan verib" deyib.
Montrealda jurnalistlərə gündəmə dair açıqlamalar verən Trudeau, ABŞ-ın İrana qarşı sanksiyalarını pozmaqda günahlandırılaraq 1 Dekabrda Vankouverda təyyarə dəyişərkən həbs edilən Mınga qarşı hüquqi prosesin siyasətdən müstəqil işlədiyini bildirib.
Mıngın həbs olunacağından özünə hadisədən bir neçə gün əvvəl məlumat verilməsinə baxmayaraq hökumətinin prosesin tərkib hissəsi olmadığını qeyd edən Trudeau, "Biz müstəqil məhkəmə ölkəsiyik və əlaqədar şəxslər bu proseslə bağlı qərarları heç bir siyasi müdaxilə olmadan verib",-ifadələrini istifadə edib.
Mıngın həbs olunması, ABŞ ilə Çin arasındakı qısa müddət əvvəl əldə olunan atəşkəs üçün risk yaradır və ticarət müharibəsini yenidən alovlandıra bilər.
BU GÜN MƏHKƏMƏSİ OLACAQ
Kanada Ədliyyə Nazirliyi, Huawei şirkətinin sahibi Rın Cıngfeyin qızı və şirkətin Maliyyə direktoru Mıngın, ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaları pozduğuna görə 1 Dekabrda Vankouver şəhərində həbs edildiyini açıqlamışdı.
ABŞ Aprel ayında İrana qarşı sanksiyaları pozduğu iddiası ilə Çinin texnologiya nəhəngi Huawei-yə qarşı istintaq başladıb. ABŞ rəhbərliyinin tələbi ilə həbs edilmiş Mıngın 7 Dekabr, Cümə günü ilk məhkəməsi olacağı açıqlanıb. Mıngın ABŞ-a ekstradisiya olunacağı gözlənilir.
Çin, Mıngın sərbəst buraxılmasını istəyib
Pekin rəhbərliyi, həbsi insan hüquqlarının pozulması kimi qiymətləndirib və Kanadadan Mıngı dərhal azadlığa buraxılmasını istəyib.
Çinin Ottavadakı səfirliyindən verilən açıqlamada, Mıngın ABŞ və Kanada qanunvericiliyini pozmadığı vurğulanaraq, "Çin tərəfi, bu ciddi insan hüquqları pozuntusuna sərt şəkildə qarşı çıxır və bu vəziyyətə qəti etiraz edir", ifadəsinə yer verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 6 d. əvvəl
-
- 22 d. əvvəl
- 22 d. əvvəl
- 25 d. əvvəl
- 44 d. əvvəl
- 57 d. əvvəl
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı - SON MƏBLƏĞ
-
1 saat əvvəl
SOCAR data mərkəzləri və süni intellekt sahələrinə investisiya yatırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Ən çox oxunanlar
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
“PAŞA Sığorta” mənfəəti ilə bazar liderliyini qoruqmaqdadır




















