Azərbaycanda 10 bankın nizamnamə kapitalı artıb
Bu il oktyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 10-nun nizamnamə kapitalı illik müqayisədə artıb.
Bunlar "Bank VTB Azərbaycan", "Nikoyl Bank", "Bank Respublika", "Bank BTB", "Yapı Kredi Bank Azərbaycan", "Rabitəbank", "Muğan Bank", "Kapital Bank", "Unibank" və "AGBank"dır. Ən yüksək dinamika "Bank VTB Azərbaycan"da (6,2 dəfə), ən aşağı dinamika isə "AGBank"da (1,2%) qeydə alınıb.
Qalan 20 bankın isə nizamnamə kapitalı dəyişməyib.
6 bankın nizamnamə kapitalı 200 milyon manatdan çoxdur
Bu il oktyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 6-nın nizamnamə kapitalı 200 milyon manatdan çoxdur.
Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (1 241,287 milyon manat), "PAŞA Bank" (333 milyon manat), "Bank VTB Azərbaycan" (315,815 milyon manat), "Nikoyl Bank" (296 milyon manat), "Xalq Bank" (225,079 milyon manat) və "Kapital Bank"dır (205,85 milyon manat).
Qalan 24 bankdan 7-də nizamnamə kapitalı 100-200 milyon manat arasında, 12 bankda 50-100 milyon manat arasında, 3 bankda 50 milyon manat, 2 bankda - "Amrah Bank"da və Pakistan Milli Bankının Bakı filialında isə 50 milyon manatdan da azdır.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© "Renkinq"
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 38 d. əvvəl
-
- 51 d. əvvəl
-
2 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























