ABŞ-da neft qazma qurğularının sayı azalıb
ABŞ-ın neft sənayesinin mənzərəsi və qısa dövr xam neft hasilatı haqqında göstərici qəbul edilən neft qazma qurğularının sayı bu həftə azalıb.
"Marja" xəbər verir ki, neft sahəsinə xidməti şirkəti Baker Hughes-un həftəlik hesabatına görə, 1-7 Dekabr dövründə ABŞ-da neft qazma qurğularının sayı əvvəlki həftəyə nisbətən 10 ədəd azalıb. Beləliklə, ötən həftə 887 olan ABŞ-ın neft qazma qurğularının sayı bu həftə 877-yə geriləyib.
ABŞ-da neft qazma qurğusu sayındakı azalmadan sonra, dünən xam neftin qiymətlərində yüksəliş baş verib.
Dünya üzrə ən geniş istifadə edilən Brent növü xam neftin barrel qiyməti cümə günü 61,61 dollardan, ABŞ-ın Qərbi Texas (WTI) tipli xam neftinin qiyməti 53,50 dollardan bağlanıb.
Qiymətlərin yüksəlməsinə əvvəlki gün açıqlanan ABŞ-ın xam neft ehtiyatlarındakı azalma və Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) hasilatını azaltması qərar da təsir göstərib.
ABŞ-ın kommersiya xam neft ehtiyatları ötən həftə 1,6% azalma ilə 7,3 milyon barrel azalaraq 443,2 milyon barrelə enib. Bazar gözləntisi, ehtiyatların 900 min barrel azalacağı istiqamətində idi. Xam neft ehtiyatları ötən həftə 3,6 milyon barrel artmışdı.
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə ötən həftə 1 milyon barrel (0,2 faiz) azalaraq 649,6 milyon barrelə enib.
5-ci OPEC və təşkilata üzv olmayan ölkələrin toplantısında gündəlik neft hasilatının 1 milyon 200 min barrel azaldılmasına qərar verilib.
Hasilatı OPEC üzvləri gündəlik 800 min barel, OPEC-ə üzv olmayan ölkələr isə 400 min barel azaldacaqlar. Qərar 2019-un Yanvar ayından etibarən 6 ay müddətinə tətbiq olunacaq. İran, Liviya və Venesuela müqavilədən azad edilib.
Dünyanın ən böyük xam neft ixracatçısı Səudiyyə Ərəbistanının hasilatını 500 min barel, Rusiyanın isə gündəlik neft hasilatını 228 min barel azaldacağı açıqlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 6 d. əvvəl
-
- 22 d. əvvəl
- 22 d. əvvəl
- 25 d. əvvəl
- 44 d. əvvəl
- 57 d. əvvəl
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı - SON MƏBLƏĞ
-
1 saat əvvəl
SOCAR data mərkəzləri və süni intellekt sahələrinə investisiya yatırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Ən çox oxunanlar
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
“PAŞA Sığorta” mənfəəti ilə bazar liderliyini qoruqmaqdadır























