Avro ucuzlaşır, qızıl bahalaşır - GÜNƏ BAXIŞ
İngiltərənin AB ilə Breksit razılaşmasını yenidən müzakirə etməsi, Avropada fond indekslərin ucuzlaşması və qızılın bahalaşması diqqət mərkəzindədir.
Beynəlxalq valyuta birjalarında İngiltərə hökümətinin Breksit razılaşmasının parlamentdə səs verməyə çıxarılmasının ləğv etməsi, funt sterlinqin 1.25$-a kimi 2% ucuzlaşmasına səbəb olub.
İngiltərənin baş naziri Tereza Mey Avropa Birliyi ilə razılaşdırılan sazişin yenidən müzakirəsi üçün Brüsselə gedəcəyini planlaşdırır. Bu səbəbdən sazişin parlamentdə səs verməyə çıxarılmasının vaxtını uzadıb. Digər tərəfdən isə Avropa Birliyi sazişin hər iki tərəf üçün sərfəli olduğunu və dəyişdirilməyəcəyini vurğulamışdı. İngiltərədə isə hökümətə qarşı təzyiqlər sazişin ölkə maraqlarına cavab vermədiyi qənaəti ilə güclü olaraq qalır.
Breksit qeyri-müəyyənliyi avronun da 1.1350$-a kimi ucuzlaşmasına səbəb olub. Bununla yanaşı, dünya iqtisadiyyatında risklərin artması fonunda fond bazarlarında da son günlər müşahidə edilən böhran avroya qarşı təzyiqləri artırıb. Belə ki, Avrozonanın ən güclü ölkəsi, Almaniyanın "DAX" indeksi son iki ilin minimum səviyyəsinə - 10582 punkta - kimi ucuzlaşıb.
Bu gün Bakı vaxtı ilə saat 14:00-da açıqlanacaq Almaniya və Avrozonanın iqtisadiyyatlarını ölçən önəmli "ZEW" indeksi də investorların diqqət mərkəzindədir.
Qızıla tələb artır
Dünyada siyasi və iqtisadi risklərin artması, əlvan metallar bazarlarında qızıla olan tələbin atmasına səbəb olub. 1246$-a təklif edilən qiymət, 1247$-in üzərində möhkəmlənərsə, 1258$-a kimi də dəyər qazana bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur












.jpg)







