Yoxlama siyahısı - İşləri necə qaydasına salmaq olar?
Hamımız yoxlama siyahılarının (check list) nə olduğunu bilirik, ancaq gündəlik iş həyatımızda demək olar ki, istifadə etmirik. Yoxlama siyahıları tez bir zamanda tapşırıqların yerinə yetirməyimizdə, effektiv idarəetmədə yardımçı ola bilər.
Qabaqdan Yeni il gəlir və 2019-cu ildə yerinə yetirmək istədiyimiz planları yoxlama siyahıları ilə daha effektiv idarə edə bilərik. Bu barədə dünyaca məşhur kitabın – “Yoxlama siyahısı manifesti” (The checklist Manifesto) kitabının məzmunundan kiçik bir parçanı Readt.az saytı oxucularına təqdim edir. Hər zaman olduğu kimi bu məzmun da “Oxu və tədbiq et” formatında hazırlanıb.
Yeri gəlmişkən, əgər siz “Daha Ağıllı ol!” kitabını hələ də etməmisinizsə, tələsin. Yeni il kampaniyası ilə əlaqədar olaraq kitab sizlərə pulsuz çatdırılacaq.
Daha ətraflı məlumat və sifariş etmək üçün bura daxil olun =>www.readit.az/book
2007-ci ilin yanvar ayında Ümumdünya Səhiyyə Təşkilatı hər il dünya miqyasında həyata keçirilən 230 milyondan çox əməliyyatın mürəkkəbliyini necə azalda biləcəklərini müzakirə etmək məqsədilə İsveçrənin Cenevrə şəhərində iki günlük iclas təşkil etdi. Bu zaman onlar təhlükəsiz cərrahi müdaxilələr üçün rəsmi bir ÜST (Ümumdünya Səhiyyə Təşkilatı) bəyannaməsi vermək əvəzinə, cərrahi yoxlama siyahıları hazırlamağa qərar verdilər. Bir neçə il sonra 19 əsas məsələdən ibarət olan əməliyyat yoxlama siyahısı üzərində razılaşdılar:
- Anesteziyadan əvvəl yeddi yoxlama – xəstənin şəxsiyyətini təsdiq etmək; razılığını almaq; cərrahi bölgəni işarələmək; mümkün allergiyaları yoxlamaq; alətləri yoxlamaq; anesteziya zamanı yarana biləcək oksigen problemlərini və xəstənin qanını yoxlamaq.
- Anesteziyadan və əməliyyatdan sonrakı yedi yoxlama – Həkimlər əməliyyatda iştirak edəcək bütün komanda üzvlərini, düzgün xəstənin və düzgün əməliiyyatın həyata keçirildiyini, antibiotiklərin verilməsini, radioloji görüntülənmənin həyata keçirildiyini və hamının əməliyyat haqqında məlumatlı olmasını yoxlayır.
- Xəstənin otaqdan çıxarılmasından əvvəlki beş yoxlama – Bütün sənədlərin və yoxlamaların nəzərə alınması, xəstənin sağalması ilə bağlı planlar və narahatlıqlar və s.
Bu təhlükəsiz cərrahi yoxlama siyahısından sonra 2008-ci ilin yaz aylarından başlayaraq dünyanın müxtəlif hissələrində yerləşən səkkiz xəstəxanada yoxlama siyahıları tətbiq və təqib edildi. Bu sınaq müddətində əldə edilən nəticələr 2008-ci ilin Oktyabr ayında dərc olundu. Onlardan bəziləri aşağıdakılardır:
- Səkkiz xəstəxananın hamısında əməliyyatdan sonra özünü göstərən mürəkkəbliklər və problemlər yoxlama siyahılarından istifadə edilməsi sayəsində 36% azaldı.
- Ölümlər 47% azalaraq 435-dən 277-yə endi.
- İnfeksiyaların yaranması yarıbayarı azaldı.
Tədqiqatın nəticələri New England Journal of Medicine jurnalının Yanvar 2009 tarixli nəşrində yayımlandıqdan sonra xeyli maraq yaratdı. Bir çox ölkə öz xəstəxanalarında təhlükəsiz cərrahi yoxlama siyahılarını tətbiq etməyə qərar verdi. Yenə də 2009-cu ilin sonlarına qədər Amerikadakı bütün xəstəxanaların cəmi 10%-i yoxlama siyahılarından istifadə edirdi. İnsanların həyatını xilas etdiyi sübut olunan bu siyahıya qarşı göstərilən müqavimət yoxlama siyahılarının bəzi peşə qrupları tərəfindən mənimsənməsinin necə çətin olduğuna bir sübutdur.
Odur ki, siz də yoxlama siyahılarını iş həyatınızda tədbiq etməyə çalışın, nəticəsini tez bir zamanda görəcəyinizdən əmin ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
22 bankdan 5-nin balans kapitalı 240 milyon manatdan çox olub - SİYAHI
- 1 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mərkəzi Bankın baş direktorlarından biri müşavir vəzifəsinə keçirilib, yerinə təyinat olub
- 4 saat əvvəl
-
4 saat əvvəl
Tbilisidə BTQ dəmir yolunun təhvil-təslimi üzrə yekun aktın imzalanması müzakirə olunub
-
4 saat əvvəl
Qəbələdə nəhəng pivə və sərinləşdirici içki zavodu tikiləcək - Nazir şirkətin sahibilə görüşdü
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Tramp: Pauell milli təhlükəsizliyimizə zərər verir
Tam yeni Toyota Hilux artıq Toyota Abşeronda
Mərkəzi Bankın baş direktorlarından biri müşavir vəzifəsinə keçirilib, yerinə təyinat olub
Sərfəli şərtlərlə qızıl təminatlı kredit
Ən çox oxunanlar
Tbilisidə BTQ dəmir yolunun təhvil-təslimi üzrə yekun aktın imzalanması müzakirə olunub
Qəbələdə nəhəng pivə və sərinləşdirici içki zavodu tikiləcək - Nazir şirkətin sahibilə görüşdü
"FNC BOKT" da 15 faizlə borc alır
Hotellər üçün minimum qiymət müəyyən edilməsi təklif olunur
Yenidən icazə verildi - "FİNCA" borc alır: İLLİK 15%-LƏ 4 MİLYON MANAT PUL LAZIMDIR
Neftin qiyməti son 4 ayın ən yüksək səviyyəsinə çatdı
Daha bir BOKT 15 faizlə borca pul istəyir - ŞƏRTLƏR
"FINCA Azerbaijan" illik 9 faizlə 1 milyon dollar borc aldı















