Mərkəzi Bank yeni pul siyasəti rejiminə keçəcək
Bir çox inkişaf etmiş ölkələr və inkişaf etməkdə olan ölkələrin təcrübəsi göstərir ki, inflyasiyanın hədəflənməsi rejimi qiymət sabitliyinin qorunması, inflyasiyanın aşağı və sabit səviyyədə saxlanılması üçün ən optimal rejimdir. Bunu nəzərə alaraq Mərkəzi Bank uzunmüddətli dövrə inflyasiyanın hədəflənməsi rejimini Azərbaycan üçün optimal pul siyasəti rejimi olaraq görür və rejimə keçid şərtlərinin reallaşdırılması istiqamətində işlər davam etdiriləcəkdir.
“Marja”nın məlumatına görə, bu, Azərbaycan Respublikası Mərkəzi Bankının 2019-cu il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında deyilir
Bəyanatda qeyd edilib ki, inflyasiyanın hədəflənməsi rejimində inflyasiya və inflyasiya gözləntiləri əsasən faiz dərəcələri vasitəsilə idarə olunur. Bu rejimdə pul siyasətinin iqtisadiyyata transmissiyanın birinci həlqəsində mərkəzi bankın siyasət faiz dərəcəsi banklararası bazarda qısamüddətli faizlərə təsir edir. Transmissiyanın ikinci həlqəsində isə qısamüddətli faizlər pulun uzunmüddətli dəyərinə təsir göstərməklə məcmu tələbi və bu əsasda inflyasiyanı dəyişdirir.
İnflyasiyanın hədəflənməsi rejiminin effektiv tətbiqi üçün zəruri şərtlərin mövcud durumu Azərbaycanda inflyasiyanın hədəflənməsi rejiminə mərhələli keçidi labüd edir.
Yeni rejimə mərhələli keçid çərçivəsində pul siyasətinin alternativ lövbərinin formalaşdırılması istiqamətində səylər gücləndiriləcəkdir. Qabaqcıl təcrübəyə əsasən optimal alternativ lövbər rolunu banklararası bazarda qısamüddətli faizlər oynaya bilər. Bunun üçün pul bazarının aktivləşməsi, o cümlədən qiymətli kağızlar bazarının dərinləşdirilməsi və banklararası pul bazarının inkişafına xidmət edən infrastruktur elementlərinin inkişafı istiqamətində işlər aidiyyatı orqanlarla birlikdə davam etdiriləcəkdir. Mərkəzi Bankın pul siyasəti alətlərinin yeni konfiqurasiyası da pul bazarının aktivləşməsini dəstəkləyəcəkdir.
Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi yaxın 3 ildə ölkədə nağd pul dövriyyəsini əhəmiyyətli azaltmalıdır. Bu da monetar nəzarətin gücləndirilməsi, habelə iqtisadiyyatın monetizasiya səviyyəsinin yüksəldilməsi ilə inflyasiyanın effektiv idarə edilməsinə müsbət təsir göstərəcəkdir.
Ortamüddətli dövrdə makroiqtisadi siyasətin hər hansı istiqamətinin dominantlığına yol verilməməsi və fiskal qaydaların kont-tsiklik tətbiqi potensialının inkişafı, bank sektorunun sağlamlaşdırılması və maliyyə vasitəçiliyinin gücləndirilməsi tədbirləri, habelə həyata keçirilməkdə olan struktur-institusional islahatlar da yeni pul siyasəti rejiminə keçidi sürətləndirəcəkdir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
10 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi

























