Məlumat Hesablama Mərkəzi zərərdən mənfəətə keçib
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Məlumat Hesablama Mərkəzinin (MHM) cəmi aktivləri 2017-ci il yanvarın 1-nə 26 milyon 349 min manat təşkil edib.
Qurumun maliyyə hesabatına görə, bu, 2016-cı il yanvarın 1-i ilə müqayisədə 2,5 dəfə çoxdur.
2017-ci ildə MHM-in uzunmüddətli aktivləri 2,6 dəfə artaraq 17 milyon 877 min manata, cari aktivləri isə 2,3 dəfə artaraq 8 milyon 472 min manata çatıb.
Hesabat dövründə Mərkəzin cəmi öhdəlikləri 11,5 dəfə artaraq 4 milyon 371 min manat, cəmi kapitalı isə 2,15 dəfə artaraq 21 milyon 978 min manat olub.
2017-ci ildə MHM-nin göstərdiyi xidmətlərdən gəlirləri 17 milyon 458 min manat (2016-cı ilə nisbətən 32,5% çox), xidmətlərinin maya dəyəri 15 milyon 72 min manat (31,1% çox), digər əməliyyat gəlirləri 4 milyon 887 min manat (55,5 dəfə çox), məzənnə fərqindən zərəri 25 min manat (3,5 dəfə az), inzibati və digər əməliyyat xərcləri 2 milyon 344 min manat (15,3% çox), mənfəət vergisi ödəmələri isə 1 milyon 153 min manat təşkil edib.
Son nəticədə Mərkəz ili 3 milyon 751 min manat xalis mənfəətlə başa vurub. Halbuki, qurum əvvəlki ildən 505 min manat zərərlə çıxmışdı.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
15 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 20 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















