"Belə faktlarla qarşılaşdıqda xətlər daşıyıcıdan alınacaq"
Avtovağzala daxil olmadan yol kənarlarından sərnişin mindirən avtobus sürücülərinə nəzarət daha da gücləndiriləcək.
Söhbət xüsusilə rayonlardan paytaxta gələn sərnişin avtobuslarının sürücülərindən gedir. Son illər regionlarda bir çox avtobus sürücüsü avtovağzala daxil olmadan yollarda avtobusu saxlayıb, sərnişin mindirirlər. Bu da həm təhlükəli, həm də sərnişindaşıma qaydalarının pozulması deməkdir.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov deyir ki, belə faktlar var və onlara qarşı xidmətin əməkdaşları yol polisiləri ilə birgə mübarizə aparırlar. Həbib Həsənov daşıyıcı şirkətlərə xəbərdarlıq edir ki, bundan sonra belə faktlarla qarşılaşdıqda həmin xətlər daşıyıcıdan alınacaq.
Bu arada, paytaxdan başqa iri şəhər və rayonlarda şəhərdaxili xətlərdəki avtobuslar da yenilənəcək. Həbib Həsənovun sözlərinə görə, daşıyıcı şirkərtlər özəl sektor olduğundan onlara avtobusları dəyişmək məsləhət görülüb. Bir sözlə, yaxın gələcəkdə regionlarda şəhərdaxili və rayonlararası köhnə marşurut avtobusları xətlərdən çıxarılaraq, müasir tələblərə cavab verən avtobusların alınması planlaşdırılır.
Nəqliyyat sektorundakı yeniliklərdən biri də həm yük, həm də sərnişindaşıma ilə məşğul olan sürücülərə nəzarət məsələsidir. Qəzaların sayını minumuma endirmək üçün bu cür nəqliyyat vasitələrinin sürücülərinə ''taxoqraf'' cihazı ilə nəzarət ediləcək.
Həbib Həsənov deyir ki, Azərbaycan ''Beynəlxalq Nəqliyyat Forum''una üzv olduğundan yük və sərnişindaşıma ilə məşğul olan avtomobillərə bu ildən etibarən ''taxoqraf'' cihazı quraşdırılacaq. Bunun üçün magistral yolların kənarlarında istirahət guşələri yaradılacaq. Həmin sürücülər magistral yolların kənarlarındakı istrahət məntqələrində dincəldikdən sonra hərəkətlərinə davam edəcəklər.
Qeyd edək ki, həmin məntəqələrdə yük və ya sərnişin daşıyan əcnəbi ölkələrin sürücüləri də istifadə edə biləcəklər.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Xezerxeber
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
14 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 18 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























