ABŞ xalqı: Hökumətin bağlanmasına görə Tramp məsuliyyət daşıyır
ABŞ-da federal hökumətin büdcə münaqişəsinə görə bağlanmasının üstündən 23 gün keçib, ancaq Prezident Donald Trampın Meksika sərhədinə tikilməsi planlaşdırılan divar üçün vəsait ayrılması tələbi hələ Nümayəndələr Palatasında üstün olan Demokratlar tərəfindən qəbul edilməyib.
"Marja" xəbər verir ki, Trampın hər səhər "Twitter"dən "Ağ Evdə razılaşmaq üçün Demokratları gözlədiyini" bildirərək hökumətin bağlı qalması məsələsində Demokratları ittiham etməsi Amerika xalqı tərəfindən qəbul edilməyib.
Quinnipiac Universitetinin milli miqyasda sorğusunda iştirak edənlərin 63%-i Demokratların Meksika divarı vəsaiti olmadan hökumətin açılması planını dəstəkləyib.
Digər tərəfdən, sorğuda iştirak edənlərin 56%-i hökumətin bağlanmasına görə Trampı və Respublikaçıları, 36%-i isə Demokratları günahlandırıb, 8%-i isə isə qərarsız qalıb.
Hökumətin divar vəsaitinə görə bağlanmasına qarşı çıxanların nisbəti isə 63% təşkil edib. Sorğuda iştirak edənlərin 54%-i ABŞ-ın cənub sərhəddində bir böhranın söz mövzusu olduğunu qəbul edir, 59%-i isə bu böhranı həll etmək üçün divarın həll olmadığını hesab edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
12 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
13 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
14 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI





















