İlham Əliyev Fransanın sabiq dövlət başçısı Nikola Sarkozini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 15-də ölkəmizdə səfərdə olan Fransa Respublikasının sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb.
Nikola Sarkozi bir neçə il bundan əvvəl Azərbaycana səfərindən ötən dövr ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Bakıda həyata keçirilən böyük quruculuq və abadlıq işlərinin şahidi olduğunu deyib və bütün bu inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını qeyd edib.
Prezident İlham Əliyev xoş sözlərə görə minnətdarlığını bildirib.
Söhbət zamanı Nikola Sarkozinin 2007-2012-ci illərdə Fransanın Prezidenti olduğu dövrdə Azərbaycan-Fransa münasibətlərinin möhkəmləndiyi vurğulanıb, bir çox sahələrdə əlaqələrimizin böyük inkişaf yolu keçdiyi qeyd edilib. Azərbaycan Prezidenti və Nikola Sarkozi öz aralarında keçirilən görüşləri məmnunluqla xatırlayıblar. Qeyd olunub ki, həmin dövrdə təhsil sahəsində əməkdaşlığın yeni çərçivələri məhz Prezident İlham Əliyev və Nikola Sarkozinin birgə səyləri nəticəsində mümkün olub. Bakıda hər iki Prezidentin iştirakı ilə Fransız liseyinin təməlinin qoyulması əlamətdar hadisə kimi dəyərləndirilib. Həmin illərdə yüksək səviyyəli siyasi əlaqələrin möhkəmlənməsi nəticəsində bir çox fransız şirkətləri Azərbaycanda fəaliyyətə başlayıb və ya öz fəaliyyətini genişləndiriblər.
Nikola Sarkozi ona göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Prezident İlham Əliyev, öz növbəsində, Nikola Sarkozini yenidən Azərbaycanda görməyindən məmnun olduğunu ifadə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
4 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
















.jpg)



