"Lego" oyuncaqlarına yatırım səhm və qızıla yatırımdan daha sərfəlilidir – ARAŞDIRMA
«Lego» oyuncaqlarına yatırım səhm və qızıla yatırımdan daha sərfəlilidir. Bu barədə Moskva Ali İqtisadi Məktəbinin desenti Viktoriya Dobrınskaya və tələbəsi Yuliya Kişilovanın investisiya alətləri ilə bağlı hazırladıqları hesabatda bildirilir.
Hesabata görə, «Lego» oyuncaqları dəsti qızıl, iri şirkətlərin səhmləri və digər alətlərə edilən yatırımlardan daha çox gəlir gətirir.
Belə ki, 2014-cü ildə $3,99 dollara alınmış «Star Wars Darth Revan» dəsti 2015-ci ildə eBay-da $28,46 dollara satılıb. Beləliklə, bu alətin investisiya gəlirliyi 613% təşkil edib.
Viktoriya Dobrınskaya bildirir ki, araşdırma zamanı yalnız qutusu açılmayan oyuncaq dəstlərinin qiyməti analiz edilib. Araşdırma göstərib ki, digər investisiya alətlərindən fərqli olaraq «Lego»nun qiymətinə maliyyə böhranları təsir etmir və araşdırmaçıların fikrincə, bu oyuncaq dəstlərinə «divnersifikasiya potensialı olan cəlbedici investisiya kimi baxmaq olar».
Bununla yanaşı, «Lego» oyuncaqları dəbdəbə mallarına aiddir və onlara tələbat elastik ola bilər. Dobrınskaya və Kişilova öz araşdırmalarında 1987-ci ildən 2015-ci ilədək satılmış 2300-dən artıq «Lego» dəstini analiz ediblər.
Tədqiqat göstərib ki, oyuncaqlarının sayı böyük olmayan, 113-ə qədər olan dəstlər ildə 22% gəlir gətirirlər. Bu daha böyük dəstlərin (860 əşyası olanların) gəlirliyindən artıqdır. Səbəbi odur ki, kiçik dəstlər az tirajla buraxıla bilir və bu da onlara tələbatı artırır. Bununla yanaşı, istisnalar da var – 2000 əşyadan artıq olan dəstlərin gəlirliyi yüksəkdir.
Araşdırmada bildirilir ki, məhdud tirajla buraxılan və istehsalı bitdiyinə görə, böyük endirimlə satılan «Lego» dəstlərinin də böyük gəlir potensialı var.
Bununla yanaşı, yeni dəstlər köhnələrdən daha böyük gəlir gətirə bilərlər. Səbəb «Lego»ların populyarlığının artmasıdır.
Hesabatda göstərilir ki, ən yüksək gəliri «Star Wars», «Super Heroes», «Batman», «İndiana Cons» kimi brendlərə həsr edilmiş dəstlər gətirir. Maraqlıdır ki, «Lego»nun yalnız bir mövzudakı dəstləri ucuzlaşıb. Bunlar «Simpsonlar»dır- il ərzində 3,5%.
Hesabatda bildirilir ki, «Lego»ya pul yatırmaq istəyənlər nəqliyyat xərclərinə qənaət etməklə bunu ölkə daxilində almalı, xaricə isə «eBay» vasitəsilə satmalıdırlar. «Bu bazar (yəni «eBay» platforması) Rusiya bazarından qat-qat likviddir» - deyə hesabatda bildirilir.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© FED
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 8 saat əvvəl
-
-
8 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
11 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ilk tirajının qaliblərini elan etdi!
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"
Qızılın qiyməti 2026-cı ildə 5000 dollara çata bilər?
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək
Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir










.jpg)











