“Azərxalça”nın məhsulları İsveç bazarında - İLK MAĞAZA AÇILDI
“Azərxalça” Açıq Səhmdar Cəmiyəti istehsal etdiyi məhsulları beynəlxalq xalça bazarına çıxarmaq üçün mühüm tədbirlər həyata keçirir.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, cəmiyyət hər il dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq xalça satış-sərgilərində iştirak edir.
Həmin sərgilərdə nümayiş etdirilən xalçalar isə "Azərbaycan brendi" kimi təqdim olunur. 2016-2018-ci illərdə "Azərxalça"nın məhsulları Amerika Birləşmiş Ştatlarında, Almaniyada, Rusiyada və Cənubi Koreyada keçirilən belə tədbirlərdə sərgilənib və böyük maraq oyadıb. Bundan başqa, dünyanın bir sıra inkişaf etmiş ölkələrinin bu sahə üzrə ixtisaslaşmış şirkətləri ilə əlaqələr yaradılıb, onlara xalça ixracı üçün razılıqlar əldə olunub.
Cəmiyyət Azərbaycan xalçalarının müxtəlif ölkələrdə satışının təşkili məqsədilə mağazalar yaratmaq istiqamətində də iş aparır. Artıq ilk mağaza İsveçin Stokholm şəhərində açılıb.
İsveçdə fəaliyyət göstərən “NGK-AZE” şirkəti Azərbaycan xalçalarının bu ölkəyə idxalı üçün “Azərxalça”ya müraciət edib. Təklif dəyərləndirilib, həmin şirkətin “Azərxalça”nın İsveçdəki distribütoru olmasına razılıq verilib. Stokholmun “Vikjö” ticarət mərkəzində açılan mağazada Azərbaycan xalçalarının Bakı, Qarabağ, Quba, Şirvan və Gəncə qrupları üzrə müxtəlifölçülü 15 xalça satışa çıxarılıb.
Qeyd edək ki, İsveçdə həndəsi naxışlı və al-əlvan rəngli Azərbaycan xalçalarına tarixən ciddi maraq olub. İsveçdəki kolleksionerlərin şəxsi kolleksiyalarında xeyli qədim Azərbaycan xalçaları vardır. Ancaq ilk dəfədir ki, bu ölkədə Azərbaycan xalçalarının satışı mağazası açılır.
Belə satış mağazalarının yaradılmasına başqa ölkələrin şirkətləri də maraq göstərirlər. Hazırda “Azərxalça” həmin təklifləri dəyərləndirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
11 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
-
15 d. əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 48 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
1 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
-
2 saat əvvəl
Unibank şəhid və qazi övladları üçün Şirvanda bayram tədbiri keçirib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























