Azərbaycana elektrobus gətiriləcək
“Belkommunmaş” ASC Azərbaycana iri tutumlu 4 elektrobus tədarükünə hazırlaşır. Bu barədə ASC-nin saytında məlumat verilir.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının Belarus müəssisəsinə səfəri zamanı müvafiq razılıq əldə olunub.
“Azərbaycanın Gəncə şəhərinin meri və “Gəncə Avtomobil Zavodu” İB-nin nümayəndələri “Belkomunmaş” müəssisəsində olublar”, - məlumatda deyilir.
Azərbaycanın nümayəndə heyəti müəssisədə texnikanın yığılması prosesi ilə tanış olub. Tərəflər Belarus və Azərbaycanın avtomobil müəssisələri arasında əməldaşlıq imkanlarını müzakirə ediblər.
“GAZ”-ın icraçı direktoru Kamran Nəzərov və “Belkommunmaş”ın baş direktoru Vladimir Korol 2019-cu ildə Gəncədə pilot elektrobus marşrutunun istifadəyə verilməsi məqsədilə E321 model iri tutumlu 4 elektrobusun tədarükü və gələcəkdə “Gəncə Avtomobil Zavodu”nun bazasında birgə eklektrobus istehsalının təşkilinə dair əməkdaşlıq haqqında saziş imzalayıblar.
XXX
Belarusun ictimai elektrikli nəqliyyat istehsalçısı olan "Belkommunmaş" şirkəti Azərbaycana 4 böyük tutumlu elektrobus təchizatına hazırlaşır.
Avtomobillər Gəncə şəhərində bunun üçün xüsusi hazırlanmış marşrut üzrə sınaqdan keçiriləcək.
Gələcəkdə yerli avtomobil zavodunda elektrobusların birgə yığılması istehsalına başlanacaq.
Qeyd edək ki, əməkdaşlıq sazişi Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinin Minsk müəssisəsinə səfəri zamanı imzalanıb.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report, İnterfax
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
-
1 saat əvvəl
Rusiya və Serbiya arasında qaz müqaviləsinin müddəti 3 aylıq uzadılıb
- 1 saat əvvəl
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda duru bitki yağları istehsalı artıb, marqarin istehsalı isə azalıb
-
2 saat əvvəl
Yaponiyada Yenə müdaxilə və faizin artırılması ehtimalı güclənib
-
3 saat əvvəl
"Tramp İranın neftini və uranını ələ keçirmək üçün əməliyyatları nəzərdən keçirir”
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Hörmüz gərginliyi Avropada qaz qiymətlərini 100 avrodan yuxarı qaldıra bilər"
-
3 saat əvvəl
"Air China" Pekin–Pxenyan reyslərini altı ildən sonra bərpa edib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yaponiyada Yenə müdaxilə və faizin artırılması ehtimalı güclənib
Sabah 20 dərəcə isti olacaq - PROQNOZ
Kofeşop dolu görünür, amma qazanc yoxdur - EKSPERTDƏN AÇIQLAMA
Tramp: İranla danışıqlar “həddindən artıq yaxşı” gedir, atəşkəs tezliklə mümkün ola bilər
Ən çox oxunanlar
Alüminium bazarında müharibə şoku
Hörmüzdə başlayan neft şoku Qərbə doğru yayılır
Neft, husilərin müharibəyə qoşulması və ABŞ-ın əlavə hərbi qüvvələr göndərməsilə bahalaşır
Martın 29-da gözlənilən hava şəraiti
Bayramovla Mirzoyan arasında telefon danışığı aparılıb
Sinqapur qızıl ticarətində regional mərkəz olmağı hədəfləyir






















