Daha 3 böyük “İrşad Electronics” mağazası açılır
Ötən ilin sonundan başlayaraq telefonlar ilə bərabər geniş çeşiddə elektronika məhsullarının və məişət avadanlıqlarının satışı ilə məğul olmağa başlayan “İrşad Electronics” mağazalarının sayı artırılır.
Şəbəkənin ötən ilin sonunda Bakıda “İnşaatçılar” metro stansiyası yaxınlığında və bu ilin Yanvarında isə Sumqayıtda böyük mağazası istifadəyə verilib. Bu mağazalarda təkcə telefonlar deyil, geniş elektronika məhsulları, məişət texnikaları və digər ev əşyaları alıcılara təklif olunur.
“İrşad Electronics” şirkətinin Satışa nəzarət departamentinin rəhbəri Aris Şıxaliyev “Marja”ya bildirdi ki, “İrşad Electronics” strategiyasını dəyişib. Artıq “İrşad Electronics” əsasən telefonların satışı ilə deyil, geniş çeşiddə elektronika və məişət texnikası mallarının da satışı ilə məşğul olur.
Aris Şıxaliyev qeyd etdi ki, artıq geniş çeşiddə məhsulların satışına yeni “İnşaatçılar” və “Sumqayıt” filiallarında başlanılmışdır:
““İnşaatçılar” və “Sumqayıt” mağazalarının satışları gözlədiyimizdən də yüksəkdir. Satışlar gösərir ki, alıcılar bu konsepti çoxdan gözləyirlərmiş. İndiyədək müştərilərimiz bizdən telefonu, elektronika məhsullarını isə digər mağazalardan alırdılar. Müştərilərimiz bizə kifayət edir ki, satışlarımız yüksək olsun. Biz elektronika bazarında fəaliyyətimizi daha da genişləndirəcəyik”.
Aris Şıxaliyev əlavə etdi ki, yeni konseptdə daha 3 “İrşad Electronics” mağazası istifadəyə veriləcəkdir:
“Hazırda obyektlərdə təmir aparılır. Mağazalardan biri “Neftçilər” metro stansiyası yaxınlığında, ikinci böyük mağazamız Xırdalan şəhərində açılacaqdır. Bundan başqa “Əhmədli” mağazamızı böyüdürük. İl yeni başlayıb. Aprelin əvvəlinə qədər bu 3 mağaza istifadəyə veriləcəkdir. İlin qalan dövründə də yeni mağazaların açılması nəzərdə tutulur”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
-
11 d. əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 44 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
1 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 1 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
-
2 saat əvvəl
Unibank şəhid və qazi övladları üçün Şirvanda bayram tədbiri keçirib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
























