“Yeyirsiniz”, amma bizə bu zülmü verməyin” - VİDEO
Özünüməşğulluq proqramı çərçivəsində heyvan alanların narazılığı davam edir.
Oğuz rayonunun Xaçmaz kəndinin sakini Mənsimov Elçin Çahangir oğlu “Marja”ya müraciətində iddia edir ki, ona xəstə və balasız inəklər verilib:
“Ailəliyəm, işləmirəm. Oğuz rayonu Məşğulluq mərkəzində işsiz kimi qeydiyyata düşdüm. Özünəməşğulluq proqramına qoşuldum və imtahandan uğurla keçdim. Mənim biznes planıma görə, südlük 5000 min manat dəyərində heyvanlar bizim iştirakımız ilə alınmalı idi. Mənə məcburi şəkildə xəstə, balaları olmayan heyvanları veriblər. Amma mənə yanı balalı heyvanlar alınacağını bildirmişdilər. Sizdən xahiş edirik ki, bizə kömək edəsiniz. İstəyirəm ölkə rəhbərliyi bu korrupsiyanı bilsin”.
Mənsimov Elçin Cahangir heyvanların vəziyyətini əks etdirən görüntülər də təqdim edib. O videoda bildirir ki, ona verilən 485 nömrəli heyvan ölür: “Bu gün açıb suya buraxdım, heyvan yıxıldı. Heyvanın ağzında dişləri yoxdur. İkinci heyvan da yaxşı vəziyyətdə deyil. Mən bunlar ilə 6 balamı saxlayacam?! Sizin mərifətiniz olsun, “yeyirsiniz”, amma bizə bu zülmü verməyin. Qoyun öz həyatımızı yaşayaq. Gəldik ağız açdıq ki, “bizə yardım edin”, gətirdiz bu xəstə heyvanları verdiniz. Mən indi nə edim?”
NAZİRLİKDƏN MÜNASİBƏT
Oğuz rayonu Xaçmaz kənd sakini Məsimov Elçin Cahangir oğlunun özünüməşğulluq proqramı çərçivəsində ona verilmiş aktivlərlə şikayəti əsassız çıxıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumatda bildirilir ki, sənədlərə əsasən, E.Məsimov keçən ilin 20 noyabrında ona mal-qara təqdim olunarkən videoçəkiliş zamanı narazı qalmadığını ifadə edib və aktivlərin təhvil alınması ilə bağlı aktda şəxsən imza ataraq öz əli ilə etirazının olmadığını qeyd edib.
Verilmiş mal-qaranın 2 ay ərzində düzgün qulluq göstərilmədiyindən pis vəziyyətə düşdüyünü görən vətəndaş öz günahını etiraf etmək əvəzinə yenidən mal-qara almaq üçün özünüməşğulluq proqramının icraçılarını ittiham edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
18 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 18 saat əvvəl
-
20 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək

























