Mətbuat katiblərinin yol verdiyi 5 səhv
Jurnalistika və PR sahələrinin hər iki tərəfində çalışmış biri kimi yazdığım qarşılıqlı əlaqələrin inkişafı üçün növbəti dəstək məqalədir oxuduğunuz. Bu dəfə jurnalistlərlə iş prosesində PR-çıların, mətbuat katiblərinin yol verdiyi səhvləri sıralayıb və məsələlərin daha düzgün həll yollarını təklif etməyə çalışdım. Beləliklə, səhvlər:
1. Məlumatların əvvəl rəsmi sayta yerləşdirilməsi, daha sonra mediaya ötürülməsi
Bu səhvi ölkəmizdə əsasən dövlət qurumlarının media əlaqələndiriciləri edir. Bəzən isə özəl strukturlar. Hansısa bir idarə və ya şirkətə aid xəbər varsa öncə həmin qurumun saytına yerləşdirilir, daha sonra xəbər mediaya ötürülür. Belə olduqda sizin saytı ilk oxuyan jurnalist xəbəri daha əvvəl yerləşdirir. Bu halda digər medialar ikinci olmağın səhvini sizdə görər. Oxşar hallar təkrarlananda bir neçə dəfə ikinci olmuş jurnalistlər sizə qarşı dost münasibət göstərməməyə başlayacaq.
Yaxşı olar ki, ümumi media üçün nəzərdə tutulmuş infomasiyanı hamısına eyni anda çata biləcək vasitələrlə ötürəsiniz. Məsələn, elektron poçtla göndərmək daha ədalətli olduğunuzu göstərər. İnformasiyanı ötürdükdən sonra yenə saytınıza yükləyə bilərsiniz. Unutmayın ki, sizin məqsədiniz informasiyanın mediada operativ və geniş yayılmasıdır, öz saytınızla fərqlənmək yox.
2. Böyük press-relizlərin göndərilməsi
Tez-tez rast gəlinən haldır: mətbuat katibləri, bitmək bilməyən cümlələrlə dolu bir neçə səhifəlik press-reliz yazır. Arada ona rüblük və ya illik hesabatları da əlavə edib jurnalistə göndərir. Bəziləri bunu ağıllı görünmək, bəziləri çox danışıb, heç nə deməmək üçün edir. Lakin, mətbuat katibləri unutmamalıdırlar ki, jurnalistlər maksimum operativ olmağa çalışır. Onlara ötürülən məlumat mümkün qədər qısa, aydın, sadə olmalıdır. Media çalışanlarının iş şəraitini nəzərə alaraq press-relizlər hazır xəbər kimi yazılmalıdır ki, onu yayımlamaq istəyən media yenidən press-relizin üzərində işləməli olmasın. Lazım bildiyi hissələri köçürərək hazırladığı xəbərə əlavə edə bilsin. Əks təqdirdə siz ona press-relizə baxmamaq seçimini etməyə şərait yaradırsınız.
3. Terminlərdən çox istifadə olunması
Bəzi mətbuat katibləri isə mediaya ötürdüyü materialalrda çalışdığı müəssisədə istifadə olunan sahəvi sözlərdən, terminlərdən bol istifadə edir. Bu isə jurnalsitlər və ictimaiyyət üçün aydın olmayan sözlərdi. Dövlət qurumlarında çalışan elə sözçülər də var ki, özlərindən hansısa məcburi qaydalar uydurub, “biz dövlət qurumuyuq, rəsmi işgüzar üslübda yazmalıyıq” arqumenti ilə hazırladıqları press-relizlər vasitəsilə media mənsublarına zülm edirlər. Nəticədə bir çox halda jurnalist özünün başa düşməkdə çətinlik çəkdiyi press-relizi yayımlamaqdan imtina edə bilər.
Mətbuata ötürülən hər materialda onun sizin sahənin ekspertləri üçün yox, jurnalistlər və cəmiyyət üçün olduğunu nəzərdə saxlayın.
4. İnformasiya yükü olmayan cümlələr toplusunun press-reliz adı ilə göndərilməsi
Qurum/şirkət sözçüsü bir çox halda çalışdığı yerdə baş verən hər yeniliyi ictimaiyyətə ötürməyə çalışır. Həmin hadisənin maraqlı və ya vacib olduğunu düşünərək mediaya göndərir. Jurnalistlər isə bir neçə bu cür press-relizinizdə önəmli olmayan şeylərdən yazdığınızı gördükdən sonra ümumiyyətlə sizin qurumdan göndərilən əksər press-relizi açıb oxumur. Bəzən isə e-mail ünvanınızı “spam” olaraq qeyd edir və ondan sonra göndərdiyiniz bütün məktublar mühim və ya qeyri-mühim olmasından asılı olmayaraq jurnalistin diqqətinə çatmır.
Çalışmaq lazımdır ki, informasiya yükü olmayan heç bir məlumatı press-reliz hazlına salıb jurnalistlərə göndərməyəsiniz. Bəzən şirkət/idarə rəhbərliyinə elə gəlir ki, onların gördüyü hər iş ictimaiyyət üçün çox maraqlıdır və mətbuat katibini vadar edirlər ki, əksər hadisələri xəbər adı ilə mediaya göndərsin, Bu halda da qurumun sözçüsü öz rəhbərliyini yarana biləcək etibarsızlıq təhlükəsi ilə bağlı məlumatlandırmalı və belə press-relizlər göndərməkdən imtina etməlidir.
5. Real hekayələrin olmaması
Mediaya təqdim olunan məlumatların əksəriyyəti quru bülleten xarakteri daşıyır. Bu həm jurnalistləri, həm oxucuları yorur. Həmçinin, xəbərə marağı azaldır və ötürdüyünüz informasiya mediada yayımlansa belə daha az kütlə tərəfindən izlənilir.
Bu məsələnin həlli üçün isə, mövzu ilə bağlı real hekayələr tapmaq və mediaya ötürəcəyiniz informasiyaya əlavə etmək laızmdır. Məsələn, bəlkə press-relizinizdə bəhs etdiyiniz yenilik kimlərinsə həyatını dəyişib və ya dəyişəcək. Təqdim etdiyiniz yenilikdən faydalanmış və müsbət nəticə görmüş insan olarsa məlumatınız daha inandırıcı və oxunaqlı olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
1 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
3 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 4 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı

















.jpg)


