Minimum aylıq əmək haqqı yaşayış minimumu ilə bərabərləşib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamına dəyişiklik edilməsi barədə” 2019-cu il 8 fevral tarixli Sərəncamı ilə minimum əmək haqqının məbləği 2019-cu il martın 1-dən 50 manat artırılaraq 130 manatdan 180 manata çatdırılıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn bildirib ki, ölkəmizdə işçilərin maddi-sosial tələbatlarının ödənilməsi və layiqli həyat səviyyələrinin təmin edilməsi aparılan sosial-iqtisadi siyasətin əsas istiqamətlərindəndir. Məhz sözügedən Sərəncam da bu məqsədlərə xidmət edir və ondan 600 minədək vətəndaşın faydalanacağı gözlənilir:
“Cənab Prezidentin Sərəncamı ilə minimum aylıq əmək haqqı 38,4 faiz artırılması əhalinin gəlirlərinin artırılması, rifah səviyyəsinin yaxşılaşdırılması istiqamətində növbəti mühüm addımdır. Minimum əməkhaqqının hazırkı artımı birbaşa olaraq 600 minədək insanı əhatə edəcək. Belə ki, dövlət sektorunda işləyən 450 min nəfər və özəl sektorda işləyən 150 min nəfər bu sərəncamdan faydalanacaqdır. Yəni dövlət sektoru üzrə 450 min işçinin əmək haqları 30 faiz, özəl sektor üzrə 150 min işçinin əmək haqqları 15-20 faiz artacaq. Bununla yanaşı vergi və sığorta yığımları 150-200 milyon artacaq. Xüsusən də bu artım nəticəsində qadınların orta aylıq əmək haqqı kişilərin orta əmək haqqına yaxınlaşacaq.
Bildiyiniz kimi son illər minimum aylıq əməkhaqqının məbləği davamlı olaraq artırılır. 2004-cü illə müqayisədə minimum əmək haqqı 6,5 dəfə artaraq 2018-ci ildə 130 manat təşkil edib. Yeni Sərəncamla isə minimum aylıq əməkhaqqının məbləği əhəmiyyətli dərəcə artıb və minimum aylıq əmək haqqı yaşayış minimumu ilə bərabərləşib. Bildiyiniz kimi ölkə üzrə minimum aylıq əmək haqqı 130 manat, yaşayış minimumu 180 manat, ehtiyac meyarı 143 manat idi. Ölkə üzrə 400 min şəxs 180 manatdan az əmək haqqı aldı, onların 67 faizi, yəni 270 mini dövlət sektorunda çalışır. Bu sərəncamdan sonra isə minimum aylıq əmək haqqı yaşayış minimumuna bərabərləşdi və orta əmək haqqının 33 faizini təşkil etdi.Minimum əməkhaqqının artırılması ilə bağlı dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu il 10 ay ərzində isə 335 milyon manata qədər əlavə vəsait yönəldiləcək. Eyni zamanda ölkə iqtisadiyyatının güclənməsi ilə qarşıdakı illərdə minimum aylıq əmək haqqının daha da artırılacağı gözlənilir”.
Ramil Hüseyn qeyd edib ki, minimum əməkhaqqının artımı əmək münasibətlərinin leqallaşdırılması istiqamətində sağlamlaşdırıcı təsir göstərəcək. Eyni zamanda nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinə əsasən müxtəlif amillərə görə işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir.
Qeyd edək ki, sözügedən Sərəncamla Nazirlər Kabinetinə tapşırılıb ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərini bir ay müddətində bu Sərəncamın 1-ci hissəsinə uyğunlaşdırsın. Həmçinin Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin bu Sərəncamın 1-ci hissəsinə uyğunlaşdırılması ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
-
4 saat əvvəl
Taxıl biçini davam edir, sahələrdən 1 milyon 619 min ton məhsul yığılıb
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
NYT: Oman ABŞ-a Hörmüz boğazından keçid üçün ödənişin tətbiqi təklifini təqdim edib
-
5 saat əvvəl
Pekin sərgisinin diqqət mərkəzində olan avtomobil artıq Bakıdadır - İLK DƏFƏ TƏQDİM OLUNDU, QİYMƏTİ
-
7 saat əvvəl
Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edib
-
7 saat əvvəl
Yeni tekstil müəssisəsi istifadəyə verilib, 100-ə yaxın daimi iş yeri yaradılıb
-
8 saat əvvəl
"PAŞA Həyat Sığorta"nın dəstəyi ilə Ankara şəhərində növbəti kitab təqdimatı keçirilib
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Pekin sərgisinin diqqət mərkəzində olan avtomobil artıq Bakıdadır - İLK DƏFƏ TƏQDİM OLUNDU, QİYMƏTİ
"PAŞA Həyat Sığorta"nın dəstəyi ilə Ankara şəhərində növbəti kitab təqdimatı keçirilib
Ən çox oxunanlar
“Sizin Lombard” 50-dən çox filial ilə xidmətinizdə!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Ələt azad iqtisadi zonasında istehsal olunan məhsulların ixracına görə güzəşt tətbiq olunacaq
ƏDV-nin depozit hesabından DSMF-yə vəsait köçürmək imkanı yaradılır
Azərbaycanda uçot dərəcəsinin 2028-ci ilə qədər dəyişməz qalacağını proqnozlaşdırır
77, 91, 214 və 214A nömrəli marşrutlar üzrə avtobuslar dəyişdirilir





















