Əhaliyə verilən mal-qara yararsızlığı ilə bağlı - Daha bir fakt
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "özünüməşğulluq proqramı"nın icrası çərçivəsində əhaliyə verilən mal-qaranın yararsız olması ilə bağlı dəfələrlə mediada və sosial şəbəkələrdə faktlar paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, sözügedən qurum hər dəfə bu iddiaların əsassız olduğu ilə bağlı açıqlamalar verərək vətəndaşın haqsız olduğunu bəyan edirdi.
Ötən həftə isə nazir Sahil Babayev müsahibəsində şikayət əsasında 119 heyvanın yenisi ilə dəyişdirildiyini etiraf etmişdi. Bu isə rəhbərlik etdiyi qurumun əksinə olaraq nazirin əhaliyə verilən heyvanların yararsız olmasıyla bağlı faktı təsdiq etməsidir.
Təəssüf ki, hələ də vətəndaşlara yararsız mal-qara verilməkdə davam edir. Daha bir şok fakt isə Ucar rayonunda qeydə alınıb.
Rayonun Lək kənd sakini Həsənova Sevinc Ələddin qızı "özünüməşğulluq proqramı" çərçivəsində ona verilən heyvanların xəstə olduğunu deyib.
O əlavə edib ki, 2018-ci ilin may ayından müraciəti əsasında "özünüməşğulluq proqramı"nın icrası çərçivəsində kurslara cəlb edilib: “2018-ci ilin iyun ayında "özünüməşğulluq proqramı"ı çərçivəsində öz biznes planımı müdafiə etdim və 40 bal topladım. Biznes planımda 3 baş yanıbalalı heyvan (hər birinin dəyəri 1500 manat olmaqla) göstərmişdim. 2018-ci ilin noyabr ayının 5-də gecə saat 22:00 radələrində bir yanıbalalı və bir də boğaz heyvan qapımıza gətirdilər. Mən heyvanlara baxdım və qoca olduğu üçün istəmədim. Bildirdim ki, öz biznes planımda 3 baş yanı balalı heyvan göstərmişəm, siz isə həm sayı az və həmdə qoca inəkləri mənə gətirmisiniz sualını ünvanladım. Bir neçə saat danışıqlardan sonra, onlar məni Tərtərdə heyvan bazasına dəvət etdilər. Yoldaşımla Tərtərə Qərvənd heyvan fermasına getdim. Sən demə, bura ferma yox, heyvan xəstəxanası imiş! Ora getdim və əliboş geri qayıtdıq. Mənə bildirdilər ki, sizə bir neçə günə heyvan göndərəcəyik. Amma yenədə bu baş tutmadı”.
Sevinc Həsənova heyvanlar ona verilmədiyi üçün 2018-ci ilin noyabr ayının 22-də nazir Sahil Babayevə şikayət etmək üçün Bakıya gəlib. Nazirlə görüşə bilməyən S.Həsənova şikayətini ƏSMN-nin əməkdaşlarına edib. Onlar problemin tez bir zamanda həll ediləcəyini deyiblər. S.Həsənova 2018-ci ilin dekabr ayının 6-sında anası səhhətində problem olduğu üçün Ucar xəstəxanasında olub. Daha ağır günləri isə bundan sonra başlayıb.
Şikayətçi xanım “Həmin gün evdə olmadığım üçün Məşğulluq Mərkəzinin və heyvanları verən şirkətin əməkdaşlarının iştirakı ilə gecə saatlarında inəkləri yaşadığım evə gətiriblər. Evdə olmadığımdan, icazəm alınmadan həyat yoldaşıma qol çəkdirib, aldadıb, heyvanları həyətə bağlayıblar. Halbuki həyat yoldaşım sənəddə yazılanlarla tanış olmayıb. Digər tərəfdən sənədə mən qol çəkməli idim. Mən isə heyvanları görəndə çox təccübləndim, qotur içində idilər. Dekabr ayının 8-də baytarı çağırıb heyvanların xəstə olması barədə akt aldım. Hər iki heyvan xəstədir. Birinə xeyli pul xərcləyib sağaltmışam. Heyvanların dəyişdirilməsi ilə bağlı Ucar Məşğulluq Mərkəzinin direktoru Qasım Kəmilova və tenderdə qalib gəlib, heyvanları bizə verən şirkət əməkdaşlarına müraciət etdim. Həll olunmadığı üçün, eyni mənim aqibətimi yaşayan 8 nəfər vətəndaşla dekabr ayının 25-də yenidən Bakıya nazirliyə şikayətə gəldik. Orada mənə 5 min manat pulun adını çəkməmək tövsiyə olundu. Amma heyvanlarla bağlı şikayətimə yenidən baxılacağı deyildi. Bir neçə gün bundan əvvəl Məşğulluq Mərkəzinin əməkdaşları gəlib heyvanlara baxdılar. Onlara da şikayətimi etdim. Dedim ki, bir heyvanı sağaltmaq üçün özü qədər xərc çəkmişəm. Onlar isə dedilər ki, sizə kim icazə verib? Qoy heyvanlar yıxılıb ölərdilər də!.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Unikal
Müştərilərin xəbərləri
PAŞA Bankın səhmlərinə abunə yazılışının müddətinin uzadılmasından sonra yaranmış iddialara cavab: "İnvestorlar 2025-ci il üzrə dividend əldə etmək hüququnu saxlayırlar"
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
4 saat sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 8 d. əvvəl
-
55 d. əvvəl
“PAŞA Bank” 2025-cı ilin illik maliyyə nəticələrini açıqlayıb
-
1 saat əvvəl
"Ötən il BOKT “İnternational” bazardakı mövqeyini daha da möhkəmləndirib" - MÜSAHİBƏ
-
1 saat əvvəl
"PAŞA Bank": 107 milyon manat dividend elan edilməsi barədə qərar qəbul olunacağını gözləyirik"
-
1 saat əvvəl
"PAŞA Bank": Bugünədək 13 min unikal investor yeni səhmləri almaq üçün sifariş yerləşdirib
-
1 saat əvvəl
CityNet TV kino həvəskarları üçün özəl “Film Paketi” təqdim edir
- 2 saat əvvəl
-
2 saat əvvəl
PAŞA Bank və PAŞA Həyat əməkdaşlığı çərçivəsində yeni kredit məhsulu təqdim edir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 19 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“PAŞA Bank” 2025-cı ilin illik maliyyə nəticələrini açıqlayıb
"PAŞA Bank": 107 milyon manat dividend elan edilməsi barədə qərar qəbul olunacağını gözləyirik"
"Ötən il “PAŞA Bank” dayanıqlı artımlar nümayiş etdirib"
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Neft razılaşma ümidilə kəskin ucuzlaşıb
Bu BOKT-un aktivləri 5 dəfədən çox artıb, zərərdən mənfəətə keçib
PAŞA Bankın səhmlərinə abunə yazılışının müddətinin uzadılmasından sonra yaranmış iddialara cavab: "İnvestorlar 2025-ci il üzrə dividend əldə etmək hüququnu saxlayırlar"
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 19 GÜN







.jpg)





.jpg)








