"Nikoil Bank" tərəfindən ilkin tədbirlər görüldü - PROBLEMLİ KREDİTLƏRİN HƏLLİ
"Nikoil Bank"ın mətbuat xidmətinin məlumatı
Vətəndaşların sosial müdafiəsi və layiqli həyat səviyyəsini təmin etmək məqsədilə dövlət tərəfindən çoxsaylı islahatlar həyata keçirilir. Bu sosial islahatlardan biri də 28 Fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın imzalanması olmuşdur. Şübhəsiz ki, Fərman Prezidentimizin devalvasiyadan zərər çəkmiş insanlara misilsiz dəstəyidir və əhalinin sosial rifahının yüksəldilməsinə yönəlmiş qərardır. Cənab Prezidentin inqilabi Fərmanı nəinki əhaliyə, həmçinin ölkənin iqtisadiyyatı və bank sektoru üçün də böyük dəstəkdir və bilavasitəvətəndaşlarla banklar arasında etimadın güclənməsinə təsir edir.
İlk növbədə bildirmək istərdik ki, Fərmanın icrasında şəffaflığın təmin edilməsi məqsədilə əsas kredit borclarının devalvasiya nəticəsində manatla artmış hissəsi üzrə nəzərdə tutulan güzəşt məbləğinin vətəndaşlar tərəfindən hesablanması üçün Maliyyə Bazarlarına Nəzarət Palatasının rəsmi internet səhifəsində elektron kalkulyator istifadəyə verilib.
Eyni zamanda, Fərmanın icrası ilə əlaqədar görülən tədbirləri dəstəkləmək məqsədilə Nikoil Bank tərəfindən ilkin tədbirlər görülmüşdür.
Belə ki, 4 mart 2019-cu il tarixində Bankın Baş İdarəsində görüş keçirilmiş və Fərmanın icrası ilə bağlı tədbirləri dəstəkləmək və Bankla koordinasiyasını təmin etmək məqsədi ilə müvafiq işçi qrupu yaradılmışdır. Həmçinin, Bankın müştərilərinin Fərmanın icrası ilə bağlı suallarının Banka ünvanlanmasını və araşdırılmasını sadələşdirmək, habelə müştərilərin rahatlığını təmin etmək məqsədilə [email protected] elektron poçt ünvanının yaradılması qərara alınmışdır. Məlumat üçün bildiririk ki, qeyd olunan elektron poçt ünvanı 4 fevral 2019-cu il tarixindən etibarən müştərilərin müraciətlərini qəbul etməyə hazırdır.
NIKOIL | Bank - Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl filial şəbəkəsinə sahib olan universal maliyyə-kredit təşkilatıdır. Bank bütün növ hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətlərini təklif edir. Bankın bütün məhsul, aksiya və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012)981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 6 saat əvvəl
-
-
6 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mərkəzi Bank vəziyyəti pisləşmiş sığorta şirkətinə müvəqqəti inzibatçı təyin etdi
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
İstifadəçilərinin sayı 3 milyonu keçib, partnyor şəbəkəsi 4000-ə çatıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Bank filialı üçün mebel alır - TENDER
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib
Azercell-dən “iPhone” kampaniyası
Bayram günlərində 2156 sığorta hadisəsi qeydə alınıb - 1 MİLYON 243 MİN MANAT ZƏRƏR
Misin qiyməti yeni tarixi rekord qırdı — tonu 13 min dolları keçdi
Yanvarın 7-də gözlənilən hava şəraiti
AZAL: Praqa–Bakı reysi üzrə baş vermiş insidentin qarşısını aviaşirkətin ekipajı alıb
"Quru sərhədlər indiyə qədər bağlı qalır. Bununla belə, əminəm ki, turist sayını 2 dəfə artırmaq real görünür"





















