"Bank BTB" bütün növ ödəniş kartları üzrə tarifləri endirdi
Bank “BTB” ASC bütün növ Ödəniş kartları üzrə qiymətlərini 40%-dək endirib. VİSA və ya MasterCard ödəniş kartlarının növündən aslı olmayaraq müştərilərə daha sərfəli qiymətlərlə təqdim ediləcək.
12, 24 və ya 36 ay müddətinə və AZN/USD/EUR valyutalarında təklif olunan Classic, Gold və ya Platinum kartlarının qiyməti növündən və müddətindən asılı olaraq 15-50 AZN arasında dəyişir. Ödəniş kartları üzrə tariflərlə Bank BTB-nin saytında bu link (https://www.btb.az/az/cards) vasitəsilə ətraflı tanış ola bilərsiniz.
Bundan əlavə qeyd etmək lazımdır ki, əmək haqqı statuslu kartların da qiymətləri endirilib.
Əlavə olaraq, Bank BTB-nin ödəniş kartları universal ödəniş vasitəsi kimi günün 24 saatı, həftənin 7 günü həm ölkə daxilində həm də dünyanın istənilən nöqtəsində POS-terminal vasitəsilə və ya onlayn ödəniş etmək imkanı verir.
Ödəniş kartlarının üstünlükləri bununla yekunlaşmır. Bank BTB-nin ödəniş kartlarının təqdim etdiyi "Card-to-Card", "Cash by code", "SMS Notification", "PIN Change", "3D Secure", “İnternet Banking” və “Mobil Banking” xidmətləri kart sahiblərinin işini asanlaşdırır.
Yenilənmiş şərtlərlə ödəniş kartı əldə etmək istəyən müştərilər Bank BTB-nin istənilən filial və şöbəsinə müraciət edə bilərlər.
Bank “BTB” ASC –nin təqdim etdiyi bütün məhsul və xidmətlər, xidmət nöqtələri və ATM-lərin yerləşməsi və digər ətraflı məlumat üçün bankın (012) 946 nömrəli Məlumat Mərkəzinə zəng edə, www.btb.az saytına və ya Facebook səhifəsinə (www.facebook.com/bankbtb) daxil ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 6 saat əvvəl
-
-
6 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mərkəzi Bank vəziyyəti pisləşmiş sığorta şirkətinə müvəqqəti inzibatçı təyin etdi
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
İstifadəçilərinin sayı 3 milyonu keçib, partnyor şəbəkəsi 4000-ə çatıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Bank filialı üçün mebel alır - TENDER
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib
Azercell-dən “iPhone” kampaniyası
Bayram günlərində 2156 sığorta hadisəsi qeydə alınıb - 1 MİLYON 243 MİN MANAT ZƏRƏR
Misin qiyməti yeni tarixi rekord qırdı — tonu 13 min dolları keçdi
Yanvarın 7-də gözlənilən hava şəraiti
AZAL: Praqa–Bakı reysi üzrə baş vermiş insidentin qarşısını aviaşirkətin ekipajı alıb
"Quru sərhədlər indiyə qədər bağlı qalır. Bununla belə, əminəm ki, turist sayını 2 dəfə artırmaq real görünür"
























