İşçi Qrup yaradılıb, sabah görüş keçiriləcək
Ticarət mərkəzindəki yanğından zərərçəkmiş sahibkarların nəzərinə!
Cari ilin 26 mart tarixində Bakı şəhəri, Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar zərərçəkmiş sahibkarlarla operativ əlaqələrin qurulması və onlara dəstək göstərilməsi işlərinin koordinasiyalı təşkili üçün Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən İqtisadiyyat Nazirliyində işçi qrupu yaradılmışdır.
Bununla bağlı, Bakı şəhəri, Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar ziyan dəymiş sahibkarların problemlərinin öyrənilməsi məqsədilə İşçi Qrupu tərəfindən cari ilin 29-31 mart tarixlərində onların hər biri ilə qabaqcadan razılaşdırılmaqla müəyyən olunmuş vaxtlarda fərdi qaydada qəbul edilərək dinlənilməsi həyata keçiriləcəkdir.
Qəbul İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin inzibati binasında (Ünvan: Atatürk pr.,134, tel. 012-404-04-01) təşkil olunacaqdır.
XXX
“Diqlas” ticarət mərkəzindəki yanğından zərər çəkmiş sahibkarlarla bağlı İqtisadiyyat Nazirliyində İşçi Qrup yaradılıb.
Bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.
“Martın 29-da saat 10:00-dan etibarən İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) binasında müəyyən edilmiş siyahı üzrə zərər çəkmiş vətəndaşlarla görüş keçiriləcək. Hər bir vətəndaşla fərdi qaydada dəymiş ziyanla bağlı müzakirələr aparılacaq”, - deyə nazir müavini bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
3 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 3 saat əvvəl
-
5 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
23 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 23 saat əvvəl
-
23 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























