Sənaye üsulu ilə əkib, 3-4 dəfə çox məhsul yığırlar
İsmayıllı rayonunun təbii-iqlim şəraiti, məhsuldar torpağı kartofçuluq üçün çox əlverişlidir. Təsadüfi deyil ki, rayonda ənənəvi sahə hesab edilən kartofçuluğa, onun inkişafına maraq ildən-ilə artır. Hər il 800-900 hektarda kartof əkilir. Adambaşına illik kartof istehlakının 75 kiloqram olduğu nəzərə alınsa, hazırda rayonun kartofa olan tələbatı 6500 tondur. Son beş ildə istehsal intensiv olaraq artır və ötən il 10415 tona çatıb. Halbuki, 2014-cü ildə istehsal 6576 ton olub. Artım heç də əkin sahəsinin genişləndirilməsi hesabına deyil. Belə ki, 2018-ci ildə kartof əkilən sahənin inişilkinə nisbətən 32 hektar az olmasına baxmayaraq, istehsal 72 ton çox olub. Bəs, rayonda son illər kartof istehsalında intensiv artıma necə nail olunur?
İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin aqronomu Paşa Məmmədov deyib: “İsmayıllıda son beş ildə müasir becərmə aqrotexnikasını özündə birləşdirən sənaye üsulu ilə kartof əkini həyata keçirilir. Bu, yüksək məhsuldarlığa, nəticədə istehsalda artıma səbəb olur”. Mütəxəssis vurğulayıb ki, sənaye üsulu ilə əkilən kartof sahələrində məhsuldarlıq hər hektardan orta hesabla 300-400 sentner təşkil edir. Bu, əl ilə əkindən 3-4 dəfə çoxdur.
Əkin prosesi müasir texnikalarla aparıldığı üçün toxumlar bərabər dərinlikdə basdırılır, toxumun üzərinə lazım olduğu qədər torpaq tökülür. Bu da onun yaxşı cücərməsinə imkan verir. Bu üsulla gün ərzində hektarlarla sahədə əkin aparmaq mümkündür.
Bölgədə müasir texnologiya ilə əkilən sahələrin ildən-ilə genişləndirildiyini deyən P.Məmmədov bildirib ki, ilk dəfə bu üsulla 2015-ci ildə 100 hektar sahədə əkin aparılıb. 2018-ci ildə sahələr 200 hektara çatdırılıb. Bu il isə “İsmayıllı tərəvəz” və “Aqro-master” MMC tərəfindən 219 hektarda kartof əkini nəzərdə tutulub və hələlik 200 hektarda əkin sənaye üsulu ilə aparılıb.
Mütəxəssis qeyd edib ki, kartof əkinində, çıxarılmasında və suvarılmasında istifadə olunan texnika və aqreqatlar Almaniyadan gətirilib. Toxum seçimindən başqa bütün proseslər mexanikləşdirilib. Suvarma aqreqatı da Almaniyaya məxsusdur. Əkin yerləri hər il dəyişdirildiyi üçün bu aqrotexniki tədbir yağış yağdırma üsulu ilə aparılır.
Yüksək məhsul üçün məhsuldar sortlardan istifadənin vacibliyini vurğulayan mütəxəssis qeyd edib ki, toxuma artan tələbat nəzərə alınaraq “İsmayıllı tərəvəz” MMC-nin nəzdində kartof toxumçuluğu təsərrüfatı yaradılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
-
1 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
-
- 1 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
4 saat əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
5 saat əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 5 saat əvvəl
-
6 saat əvvəl
BOKT “Qafqaz-Kredit” 2025-ci ili zərərlə başa vurub — kredit portfeli azalıb
-
6 saat əvvəl
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
Ən çox oxunanlar
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?
“Smartfon qiymətlərində 40%-dək artım gözlənilir”
Baku Steel Company Caspian Oil & Gas 2026 sərgisində - FOTO/VİDEO
Azərbaycana gələn turistlərin xərcləri 23 % azalıb






















