“Nar TV” ilə ən maraqlı filmlər və TV serialallar Azərbaycan dilində
(®) Azərbaycan telekommunikasiya bazarında ilk onlayn TV tətbiqi olan “Nar TV”-də yeniliklər edilib. Artıq “Nar TV” ilə TV kanalları və verilişlərlə yanaşı, film həvəskarları üçün sevdikləri filmlər, seriallar daha əlçatan olacaq.
Belə ki, “Nar TV” tətbiqinə əlavə edilən geniş film bazası ilə seçilmiş filmləri Azərbaycan dilində də izləmək mümkün olacaq. “Nar TV” tətbiqində hər kəsin zövqünə uyğun filmlər mövcuddur və tətbiqdə filmlər kateqoriyalarına görə bölünüb. Qeyd edək ki, “Nar”-ın təqdim etdiyi bu məhsulun bütün üstünlüklərindən faydalanmaq üçün istifadəçilər “Google Play” və “App store”-dan yenilənmiş tətbiqi yükləməlidir.
“Nar TV” tətbiqi vaxt və məkan sərhədi tanımır. Belə ki, “Nar TV” abunəçilərə istənilən məkanda və vaxtda mobil telefonlarda və ya tabletlərdə idman, əyləncə, uşaq, film, xəbər də daxil olmaqla, 100-ə qədər seçilmiş yerli, regional və beynəlxalq televiziya kanallarına və filmlərə baxmaq imkanı verir.
Yeni qeydiyyatdan keçən istifadəçilər 1 ay ərzində “Nar TV” tətbiqindən ödənişsiz yararlana biləcəklər. “Nar TV”-nin digər üstünlüyü, vaxtınız olmadıqda ötürdüyünüz proqramlara 12 saat ərzində baxmaq mümkünlüyüdür. Aylıq abunə haqqı cəmi 3 AZN-dir. Abunəçilər “Nar TV”-yə “Nar”-ın 4G şəbəkəsindən istifadə etməklə, tam keyfiyyətdə baxa bilərlər.
“Nar TV”-də valideyn nəzarət xidməti də mövcuddur. Bunun üçün xüsusi kanalları PİN kod vasitəsilə məhdudlaşdırmaq olar. Qeyd edək ki, “Nar TV” tətbiqində TV kanalları “Uninet”, filmlər və seriallar isə “MEGOGO” ilə əməkdaşlıq çərçivəsində təqdim edilir. “Nar TV”-nin digər üstünlükləri barədə daha ərtaflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.
Müştərilərin xəbərləri
Azərbaycanın tanınmış şirkəti "SR Construction" fəaliyyətini “SR Development” adı ilə davam etdirəcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 20 saat sonra
-
-
22 d. əvvəl
Qarabağdakı torpaqların sahibkarlara icarəyə verilməsi üzrə 4-cü investisiya müsabiqəsi elan olundu
-
1 saat əvvəl
“İnno Kapital”ın xalis mənfəəti 2,2 dəfə artıb – MALİYYƏ GÖSTƏRİCİLƏRİNİ AÇIQLADI
-
1 saat əvvəl
İri bankın Gəncə filialı yenilənmiş binasında xidmətə başlayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Click to Pay with Visa" — "Epoint"də onlayn "checkout" üçün yeni standart
-
1 saat əvvəl
"Azpulmat"da böyük geriləmələr - BOKT kiçilib, gəlirləri və xalis mənfəəti kəskin düşüb
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
İri bankın Gəncə filialı yenilənmiş binasında xidmətə başlayıb
Azərbaycanın tanınmış şirkəti "SR Construction" fəaliyyətini “SR Development” adı ilə davam etdirəcək
"Azpulmat"da böyük geriləmələr - BOKT kiçilib, gəlirləri və xalis mənfəəti kəskin düşüb
Broyler şirkətinin xalis zərəri təxminən 2 dəfə artıb
Broyler şirkətinin xalis mənfəəti 24% artıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Rəsmi məzənnələr açıqlandı
“CFİ Financial İnvestisiya Şirkəti” daha aktiv fəaliyyətə hazırlaşır
Qızıl ABŞ-ın İrana hücumlarından sonra ucuzlaşıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 18 GÜN














.jpg)




